Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ötən ay səudiyyəli jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsi ilə əlaqədar Ər-Riyada təzyiq göstərməyə davam edir.
Çərşənbə axşamı Türkiyənin hökumətyönümlü Sabah qəzeti səudiyyəli qatillərin Xaşuqcinun ölümündə istifadə edildiyinə inanılan alətlərin rentgen şəkillərini dərc edib.
Türkiyəli prokuror deyib ki, səudiyyəli dissident Xaşuqci Ər-Riyadın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra dərhal boğularaq öldürülüb. Bunun ardınca isə onun cəsədi hissələrə bölünüb.
Xaşuqci oktyabrın 2-i Türkiyə vətəndaşı Xədicə Cengizlə evlənmək məqsədilə lazımı sənədləri almaq üçün İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub. Nişanlısı həmin vaxt konsulluğun qarşısında onu gözləyirdi. Bundan sonra Xaşuqcini görən olmayıb.
Ərdoğan Səudiyyə Ərəbistanı rəsmilərindən Xaşuqcinin cəsədini gizlətməkdə şübhələndiyi agentlərin kimliyini müəyyən etməyi tələb edib.