Accessibility links

Ərdoğan: Xaşuqcinin qətl əmrini Səudiyyə hökümətinin yüksək səviyyəli rəsmiləri verib


Camal Xaşuqci
Camal Xaşuqci

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, səudiyyəli jurnalist Camal Xaşuqcinin qətl əmrinin Səudiyyə Ərəbistanı hökümətinin “yüksək səviyyəli” rəsmilərindən gəlib.

Cümə günü The Washington Post-da dərc olunan köşə yazısında Ərdoğan deyib ki, o, Xaşuqcinin öldürülməsinə Səudiyyə kralı Salmanın göstəriş verdiyini heç bir saniyə belə düşünməyib. O həmçinin şahzadə Məhəmməd bin Salmanı da bilavasitə ittiham etməyib.

Səudiyyə Ərəbistanın şahzadəsi və The Washington Post-un köşə yazarı olan Xaşuqci ötən ay türkiyəli nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olandan sonra öldürülüb.

Ərdoğan yazıb ki, beynəlxalq ictimaiyyət qətlin arxasındakı “kukla ustalarını” üzə çıxarmağa görə məsuliyyət daşıyır.

Camal Xaşuqci Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olarkən
Camal Xaşuqci Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olarkən

Hürriyet qəzetinin verdiyi məlumata görə, bundan əvvəl cümə günü Türkiyə prezidentinin müşaviri və Xaşuqcinin dostu deyib ki, onun cəzədi hissələr bölünüb və daha rahat ortadan qaldırılmaq üçün turşuda həll olunub.

“Bizdə olan son məlumatlara əsasən, onların Xaşuqcinin cəsədini parçalara bölməsinə səbəb onu daha rahat həll etmək olub”, Yasin Aktay qəzetə bildirib.

İlk öncə Xaşuqcinin öldürüldüyünü enkar edəndən sonra Səudiyyə Ərəbistanı höküməti onun planlaşdırılmamış “özbaşına əməliyyatda” öldürüldüyünü bildirdi. Ötən həftə isə Səudiyyənin baş prokuroru Səud Əl-Moceb fərqli bir versiya irəli sürərək, qətlin “öncədən planlaşdırıldığını” söylədi.

ABŞ tam istintaqın aparılmasını istəyir

ABŞ Dövlət Departamenti cümə günü Xaşuqcinin ölümü ilə bağlı tam istintaqa çağırmağa davam edəcəyini və qətlə görə məsuliyyət daşıyan hər insane qarşı əlavə tədbirlərin mümkün olduğunu bildirib.

Call Xaşuqcinin nişanlısı Hatice Cengiz
Call Xaşuqcinin nişanlısı Hatice Cengiz

Dövlət Departamentinin sözçüsü Hezer Nauert cümə günü Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə Cəzasızlığa Son günü qeyd edərək söyləyib ki, bu gün Xaşuqcin məsələsinə görə daha da mühümdür.

ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı deyib ki, Birləşmiş Ştatların Xaşuqcinin ölümünə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etmək üçün kifayət qədər dəlil toplaması “bir neçə həftə”apara bilər.

Qətldən bəri ilk dəfə məsələ ilə bağlı danışan İsrailin baş naziri Benyamin Netanyahu qətli “dəhşətli” adlandırıb və deyib ki, buna cavab olaraq tədbirlər görülməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG