Accessibility links

Ərdoğandan İphone-a boykot çağırışı [Video]


Ərdoğandan İphone-a boykot çağırışı
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun bildirdiyi kimi, Birləşmiş Ştatlar tərəfindən Türkiyəyə qarşı iqtisadi müharibəyə cavab olaraq ABŞ-ın elektron cihazlarının boykot edilməsi ilə hədələyib.

İki ölkə arasında diplomatik mübahisə Türkiyədə iqtisadi böhrana və ölkənin milli valyutası olan lirənin rekord aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb.

“Onların iPhon-ları var, başqa hər yerdə də Samsung var. Bizim öz ölkəmizdə isə Vestel var”, deyə Ərdoğan bildirib.

O, valyutanın möhkəmlənməsi üçün vətəndaşları ABŞ dollarlarını lirəyə dəyişməyə çağırıb.

İş adamları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına cavab olaraq valyuta mübadilə mərkəzində lirənin möhkəmləndirilməsi üçün ABŞ dollarları və avroa valyutalarını dəyişir, Ankara, 14 avqust, 2018.
İş adamları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına cavab olaraq valyuta mübadilə mərkəzində lirənin möhkəmləndirilməsi üçün ABŞ dollarları və avroa valyutalarını dəyişir, Ankara, 14 avqust, 2018.

Türkiyə lirəsi bu il 40 fazi dəyər itirib. Keçən həftənin cümə günü lirə 16 faiz dəyər itirib, bazar ertəsi isə daha 7 faiz düşərək, bir dollar üçün 6.9 nisbətində olub. Çərşənbə axşamı günü lirə bir qədər sabitləşərək 5 faiz qalxıb.

Onların iPhon-ları var, başqa hər yerdə də Samsung var. Bizim öz ölkəmizdə isə Vestel var.

Türkiyənin biznes qrupları açıqladıqları birgə bəyanatda hökuməti valyuta böhranının qarşısını almaq məqsədilə daha sərt maliyyə siyasəti həyata keçirməyə çağırıb. Biznes qrupları həmçinin Birləşmiş Ştatlarla yaranmış bu vəziyyətin diplomatik yolla həll edilməli olduğunu bildirib və eyni zamanda, ölkənin əsas ticarət partnyoru olan Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasına çağırıb.

Türkiyənin mərkəzi bankı ölkə iqtisadiyyatını sabitləşdirməkdən ötrü “bütün lazımi tədbirlərin” görüləcəyini bildirib. Lakin dünya birjalarında treyderlər bankın uçot dərəcələrini artırmamasını narahatlıqla qarşılaşıb. İqtisadçıların böyük hissəsi bunun böhrandan çıxmaq üçün labüd olduğuna inanır.

ABŞ prezidenti Donald Trampın Türkiyədən gələn metala tarifləri ikiqat artırmasının ardınca türk lirəsi cümə günü rekord itkilərlə üzləşərək dəyərinin 15 faizinə qədərini itirib. ABŞ-Türkiyə arasında münasibətlər Türkiyə rəsmilərinin amerikalı keşiş Endrü Bransonu azad etməməsi ilə əlaqədar gərginləşib. Branson hazırda Türkiyədə "terrorizm" ittihamları ilə ev dustaqlığında saxlanılır.

XS
SM
MD
LG