Accessibility links

Ərzaq israfı 2030-ci ilədək 3 dəfə artacaq


Ərzaq israfı 2030-ci ilədək 3 dəfə artaraq, 2 milyon ton təşkil edəcək.

BMT 2030-cu ilədək ərzaq tullantılarını yarıya endirməyi hədəf alıb.

Lakin Bostonun Məsləhət Qrupunun (BCG) araşdırmalarından məlum olub ki, hazırkı tendensiya davam etsə, hər il tullantı 2.1 ton artacaq. Bu is 1.5 trillion dollar deməkdir.

Dünya əhalisinin artması ilə israfçılığın artacağı da təxmin edilir. Şirkətin menecer direktoru Esben Heqnsholtun dediyinə görə, çox insan çox tullantı deməkdir.

İnkişaf etməkdə olan ölkələrdə istelakçıların gəlirləri artdıqca evlərdə yeyinti məhsullarının tullantıları da artacaq. Bu isə 700 milyard ərzağın itirilməsi deməkdir.

İnanılır ki, israfçılığın azaldılması ilə 2030-cu ilədək 50 faizlik hədəfə çatmaq olar.

XS
SM
MD
LG