Accessibility links

Əsəbləri sakitləşdirən sənət növü


Əsəbləri sakitləşdirən sənət növü
please wait
Embed

No media source currently available

0:00 0:04:18 0:00

Günel Əhmədova 3 ilə yaxındır ki nimçə və keramika üzərində naxış sənəti ilə məşğul olur. İlk dəfə internetdə rast gəldiyi bu sənətə maraq duyub və bu sahədə heç bir təhsil almadan internet vasitəsilə öz bilgilərini təkmilləşdirib. Hazırda əsas işi və gəlir sahəsi fərqlidir, bu işlə hobbi kimi məşğul olur. Azərbaycanda bu sənət geniş yayılmayıb. Ona görə də o daha çox xarici sənətkarların əl işlərini izləyir. Çəkdiyi naxışlar isə öz fantaziyasının məhsuludur. Günel Əhmədova deyir ki, bu sənətin əsas şərtlərindən biri rənglərin uyğunluğudur. Bir nimçə üzərində 5-6 naxış növündən istifadə etmək mümkündür, əsas məsələ rənglərin birbirini tamamlamasıdır. Günel Əhmədovanın sənətə yeni başladığı dövrlərdə ən böyük istəyi masterklasslar təşkil etmək olub. İndiyə qədər keçirdiyi 10 masterklassdan biri uşaqlar üçün təşkil edilib. Hazırda isə bu sənətlə bağlı gələcək planlarının əsasını sərgi keçirmək təşkil edir. Hətta bəzi əl işlərini həmin sərgi üçün saxlayır. Daha sonra isə studiya açmağı planlayır.

XS
SM
MD
LG