Accessibility links

Əsəd İraqa Suriya ərazisində İŞİD-ə hücum etmək səlahiyyəti verib


Suriya prezidenti Bəşar Əsəd
Suriya prezidenti Bəşar Əsəd

Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, prezident Bəşar Əsəd İraq hərbi qüvvələrinə Dəməşq rəsmilərindən icazə almadan Suriya ərazisində İslam Dövləti qrupuna qarşı hücum keçirmək səlahiyyəti verib.

Bazar günü verilmiş bu xəbər iki ərəb qonşu ölkə arasında yaxın münasibətlərə işarə edir. İŞİD 2014-cü ildə xilafətin yaradıldığını elan etdiyi zaman hər iki ölkənin böyük ərazilərinə nəzarət edirdi.

İraq hərbi qüvvələrinin döyüş təyyarələri və artilleriyası Suriya rəsmilərindən “yaşıl işıq” aldıqdan sonra Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələr endirib.

İraq hərbi qüvvələrinin əsgəri Syriya ilə İraq sərhədində Anbar vilayətinin Qaim bölgəsində keşik çəkir, 13 noyabr, 2018.
İraq hərbi qüvvələrinin əsgəri Syriya ilə İraq sərhədində Anbar vilayətinin Qaim bölgəsində keşik çəkir, 13 noyabr, 2018.

İŞİD ekstremistləri İraqda məğlub edilsələr də, Suriyada hələ də kiçik ərazinin nəzarətini saxlamağa davam edirlər.

Əsəd şənbə günü İraqın baş naziri Əbdül Mehdidən məktub alıb. Məktubda hər iki ölkənin terrorizmə qarşı mübarizəni koordinasiya edilmiş şəkildə aparmasına çağırılır.

ABŞ prezidenti Donald Tramp bu ay Birləşmiş Ştatların Suriyadakı təxminən 2 min nəfərdən ibarət hərbi qüvvəsini ölkədən çıxaracağını elan edib.

XS
SM
MD
LG