Accessibility links

Əsəd qüvvələri müxalifətin son istehkamına hücumları intensivləşdirir


Suriya prezidenti Bəşar əl-Əsədə sadiq qüvvələr ölkənin şimal-qərbində üsyançıların nəzarətində qalmış yeganə regionda iki kəndi ələ keçiriblər.

Hazırda hökumət qüvvələri 2012-ci ildən bəri üsyançıların nəzarətində olan Kfar Zeyaya yaxınlaşmaqdadırlar.

Əsədə sadiq qüvvələr Arabin və Zakat kəndlərinə nəzarəti ələ keçiriblər.

Bu arada Türkiyə Suriya ilə sərhədlərində təhlükəsizlik zonası yaradılması məqsədilə ABŞ-ın dəstəklədiyi kürd qüvvələrə qarşı hərbi əməliyyatlara başlamaq hədəsini təkrarlayıb.

Suriya hökumət qüvvələrinin intensiv hücumları və Türkiyənin mesajı artıq doqquzuncu ilinə daxil olan vətəndaş müharibəsinin eskalasiyasına işarədir.

İdlib vilayətindəki əməliyyalar əsnasında çərşənbə axşamı Əsədə sadiq qüvvələr Arabin, çərşənbə günü sübh çağı isə Zakat kəndlərinə nəzarəti ələ keçiriblər.

İdlib vilayəti müxalifətin Suriyada sonuncu istehkamı sayılır.

Türkiyənin təklif etdiyi "təhlükəsizlik zona"-sının (proposed safety zone) hüdudları
Türkiyənin təklif etdiyi "təhlükəsizlik zona"-sının (proposed safety zone) hüdudları

Bu həftənin əvvəlində Suriya hökumət qüvvələri müxalifəti atəşkəsi pozmaqda ittiham edərək hücum əməliyyatlarını bərpa edib.

Əsəgr Suriya qüvvələri vilayətin dərinliklərinə doğru irəliləməkdə davam etsələr mümkündür ki, onlar burada yerləşdirilmiş Türkiyə hərbi postları ilə təmasa girsinlər.

Hazırda onlara ən yaxın türk postu Zakat kəndidən 12 kilometr şərqdə yerləşən Morek kəndindədir.

XS
SM
MD
LG