Suriya Prezidenti Bəşar əl-Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda müharibə başlatmaqda ittiham edib.
O, əlavə olaraq Ankaranı regiona döyüşçülər göndərməkdə ittiham edib.
Türkiyə və Azərbycan rəsmiləri qətiyyətlə Azərbaycana xarici döyüşçülərin gətirilməsi barədə deyilənləri rədd edərək ittihamları “dezinformasiya” adlandırıblar.
Rusiyanın RIA xəbər agentliyinə müsahibədə Əsəd Ərdoğanın Azərbaycanla həmrəylik ifadə və atəşkəs üçün beynəlxalq səyləri rədd etdiyini deyib.
“Ərdoğan Liviyada terroristləri dəstəkləyir, o bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında başlanan konfliktin təşəbbüskarı olub,” Əsəd deyib.
Bəşar əl-Əsədin hakimiyyətinə qarşı üsyan başladıqdan bəri Suriyada yüz minlərlə adam həlak olub, milyonlarla suriyalı evlərindən didərgin düşüb.
İran və Rusiyanın hərbi dəstəyi sayəsində bir çox bölgələrdə üsyanı yatırmağa nail olan Əsəd beynəlxalq hüquq təşkilatları tərəfindən müharibə cinayətlərində ittiham olunur.
2018-ci ilin aprelində Duma şəhərində mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyinə görə ABŞ, Britaniya və Fransa qüvvələri Suriyada hava zərbələri endirmişdi.