Accessibility links

“Əsas məsələ siyasi iradədir" - Azərbaycanda medianın durumu


“Mən Azərbaycanda media azadlığı, ifadə azadlığı sahəsində islahatların aparılması üçün daha çox səy göstərilməsini görmək istərdim,” ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Amerikanın Səsinə deyib.

Londonda Böyük Britaniya və Kanada hökumətlərinin təşkilatçılığı ilə keçirilən Qlobal Media Azadlığı Konfransında qısa açıqlama verən Harlem Dezir keçmişdə bir sıra hallarda vəziyyətə müdaxilə etməli olduğunu bildirib.

Görmək istədiyimiz budur ki, bu jurnalistlər sərbəst buraxılsın və yeni həbslərə son qoyulsun.

Dezir Tbilisidə oğurlanaraq Azərbaycana gətirildiyi iddia edilən və sonradan həbsə məhkum olunan Əfqan Muxtarlı və video bloger Mehman Hüseynovla bağlı halları bu xüsusda qeyd edib.

“Görmək istədiyimiz budur ki, bu jurnalistlər sərbəst buraxılsın və yeni həbslərə son qoyulsun, və ölkədə mətbuat azadlığının yaxşılaşması üçün addımlar atılsın,” Sərhədsiz Reportyorların Böyük Britaniya üzrə rəhbəri Rebekka Vinsent Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Azərbacayn dünya boyu mətbut azadlığı sahəsində ən pis göstəricilərə malik olan ölkələr sırasındadır. Belə ki, o, Sərhədsiz Reportyorların indeksində 180 ölkədən 166-cı yeri tutur.

“Hazırda 7 jurnalist həbsdədir ki, onlar dərhal azad olunmalıdır”, Vinsent bildirib.

Əfqan Muxtarlı, jurnalist
Əfqan Muxtarlı, jurnalist

O, mövcud duruma görə məsuliyyəti Azərbaycan hökumətinin daşıdığını deyib.

“Əsas məsələ siyasi iradədir. Əliyev rejimi heç zaman azad mətbuatın mövcudluğuna icazə vermək üçün siyasi iradə göstərməyib.”

Vinsent ümid etdiyini bildirib ki, beynəlxalq qüdrətlər, o cümlədən Böyük Britaniya hökuməti rəsmi Bakını mətbuata basqılara görə cavabdeh tutacaq və bu istiqamətdə durumun yaxşılaşdırılması üçün addımlar atacaq.

XS
SM
MD
LG