Accessibility links

Əsgər Əkbərzadə: Abbas Lisaninin sağlıq durumundan narahatıq


Keçmişdə illərlə İran həbsxanalarında qalmış tanınmış türk fəal Abbas Lisaninin yenidən həbs edilməsi İran Azərbaycanında milli fəallara başladılan yeni həbs dalğasının xəbərçisi ola bilər. Ərdəbildən Amerikanın Səsinə danışan fəal Əsgər Əkbərzadə Lisaninin tutulmasına qədər baş verənləri və onunla bağlı son vəziyyəti açıqlayıb.

Əsgər Əkbərzadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:08 0:00

Əkbərzadə tanınmış fəalın sağlıq durumundan narahat olduğunu ifadə edir.

“Abbas bəy son illərdə, xüsusilə qaraciyər xəstəliyindən əziyyət çəkir. Bir də gözlərində şişmə və qıçında narahatlıq var.” Əsgər Əkbərzadənin sözlərinə görə, Lisaninin ailəsi ilə iki həftədir təmas qura bilməməsi onun sağlıq durumu ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Abbas bəy son illərdə, xüsusilə qaraciyər xəstəliyindən əziyyət çəkir. Bir də gözlərində şişmə və qıçında narahatlıq var...

Milli fəal yanvarın 25-də Təbrizdə qatıldığı məhkəmə iclası tamamlandıqdan sonra saxlanılıb. O hazırda vəkillə təmin olunmur.

Həbsdən bir neçə gün sonra, Lisaninin vəziyyətini öyrənmək üçün Şərqi Azərbaycan ədliyyə qurumuna müraciət edən ailə üzvlərinə onun artıq Ərdəbilə köçürüldüyü söylənilib.

“Məsullar onun Ərdəbil Zindanının karantin bölməsində təhlükəsizlik qurumunun nəzarəti altında saxlanıldığını söyləyiblər. Amma Abbas bəyin ailəsi ilə heç bir təmasının olmadığı üçün biz tam olaraq harada olduğunu bilmirik,” Əsgər Əkbərzadə qeyd edir.

Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə onun durumunu öyrənmək üçün Şərqi Azərbaycan ədliyyəsinə müraciət edib.
Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə onun durumunu öyrənmək üçün Şərqi Azərbaycan ədliyyəsinə müraciət edib.

O əlavə edib ki bir neçə gün öncə, ailəsi Ərdəbildə prokuror müavini cənab Nonəhala müraciət edib.

"Cənab Nonəhal buyurub ki, qaraciyər probleminə görə həkim gedib Abbas bəyin başı üstünə və heç bir problem yoxdur... Amma onun keçmişdə də etirazını aclıq aksiyası keçirərək bildidiyini, həmçinin ailəsi ilə təmas qurmasına imkan verilmədiyini nəzərə alaraq, sağlıq durumu ilə bağlı narahatlıqlar yaranıb."

Onun Ərdəbil Zindanının karantin bölməsində təhlükəsizlik qurumunun nəzarətində saxlanıldığını söyləyiblər. Amma Abbas bəyin ailəsi ilə heç bir təmasının olmadığı üçün biz tam olaraq harada olduğunu bilmirik

Abbas Lisani yanvarın 5-də daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 10 ay həbs hökmünün icrası üçün tutulmuşdu. Lakin, bir neçə gün sonra məhkəmənin qiyabi keçirilməsinin qanunsuz olduğuna dair etirazının qəbul edilməsi ilə müvəqqəti azadlığa buraxıldı. Müvəqqəti azadlıq uzun sürmədi. Türk fəal yanvarın 15-də təkrar həbs edildi.

Əsgər Əkbərzadə baş verənlərin məhkəmə qaydalarına uyğun olmadığını vurğulayır.

“10 aylıq həbs hökmünün icrası üçün tutulmuş isə, Ərdəbilə göndərilməməli idi. Yeni bir ittiham üzündən tutulmuş isə, Məhkəmə iclası ardından Təbrizdə deyil, yaşadığı Ərdəbil şəhərində tutulmalı idi,” deyə Ərdəbildən Amerikanın Səsinə danışan fəal Abbas Lisaninin naməlum səbəblər üzündən həbs edildiyini önə çəkir.

Lisani İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitqə görə 10 ay həbsə məhkum olub.

Əsgər Əkbərzadə özü bir neçə gün əvvəl dörd digər fəalla bərabər “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etmək” ittihamı ilə mühakimə edilib. Beş milli fəalın məhkəməsi Abbas Lisaninin həbsindən bir neçə gün sonra Ərdəbildə keçirilib.

XS
SM
MD
LG