Accessibility links

Əsgər ölümü hadisəsinin prezidentin şəxsi nəzarəti altında olduğu bildirilir


Zakir Qaralov

Avqustun 13-də baş prokuror Zakir Qaralovun bir müddət öncə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində naməlum şəraitdə ölən əsgər Fəhmin Əbilovun atası Akif Əbilovu qəbul etdiyi bildirilir.

“Turan” agentliyinin məlumatına görə, Zakir Qaralov mərhum əsgərin atası ilə görüşündə ölüm işinin dövlət başçısının şəxsi nəzarətə götürdüyünü bildirirb. Əsgər atasına fakt üzrə cinayət işi açıldığı söylənib.

Xatırlatma

Avqustun 8-də axşam saatlarında Lerik rayonunun Kıncıvo kənd sakini, 2000-ci il doğumlu Fəhmin Akif oğlu Əbilovun “N” saylı hərbi hissədə özünü güllə ilə vuraraq öldürdüyü bildirilirdi.

Mərhum əsgərin yaxınları isə mediyaya açıqlamalarında Fəhmin Əbilovun özünü öldürmə ehtimalının olmadığını, bədənində yara və zorakılıq izləri aşkarlandığını bildirmişdilər.

Müdafiə Nazirliyi əsgər ölümü, eləcə də onun valideynlərinin açıqlaması ilə bağlı hər hansı rəsmi məlumat yaymamışdı.

XS
SM
MD
LG