Accessibility links

"Əsl amerikalı" kimdir?


Amerikalıların təqribən dörddə bir hissəsi xristianların "əsl amerikalı" olduğunu düşünsə də, böyük əksəriyyəti insanların bərabər hüquqlarının təmin edilməsi və öz əməlinin məsuliyyətini daşımasının əsl amerikalılıq üçün bir sınaq olduğunu bildirib.

“İnsanlar kimlikdən və keçmişlərindən asılı olmayaraq, idealların amerikalı olmağın əsası hesab edir. Respondentlərin 90 faizi insanlara bərabər yanaşılmasını əsl amerikalı olmaqla izah edir"- deyə, Qrinnell Kollecinin professoru və keçirilən sorğuların komissioneri Caleb Elfenben bildirib.

Qrinnell Kolleci sorğunu ötən ay 18 yaşından yuxarı 1000 amerikalının iştirakı ilə keçirib.

Rəyi soruşulanların 24 faizi əsl amerikalının Amerikada doğulanı hesab edildiyini deyib. 23 faiz ömrünün böyük hissəsini Amerikada yaşayanları həqiqi amerikalı adlandırıb.

Amerikalılıq haqda məhdud düşüncəyə malik olanların çoxu respublikaçılardır. Respublikaçı respondentlərin 32 faizi hesab edir ki, amerikalı olmaq üçün Amerikada dünyaya gəlmək mühümdür. Demokratların isə 18 faizi belə düşünür.

İngilis dilində danışmaq da əsas faktorlardan sayılır. Respondentlərin 44 faizi amerikalının ingilis dilini bilməsinin vacibliyini önə çəkib. Bunların 62 faizini respublikaçılar təşkil edir.

Demokratların 29, müstəqillərin isə 44 faizi bununla tam razıdır.

Amerikalılar həm də etnik və dini qrupların ayrı-seçkiliyə məruz qaldığına inanır. 56 faiz hesab edir ki, müsəlmanlar, 52 faiz isə afro-amerikalılar, habelə LGBT üzvlərinin diskminasiya ilə üzləşdiklərinə inandıqlarını deyib.

XS
SM
MD
LG