Accessibility links

Əvəz Həsənov: Angela Merkel insan hüquqları və korrupsiya ilə mübarizənin gündəliyindən çıxmayacağını bildirdi [Video-Müsahibə]


Əvəz Həsənov: Angela Merkel insan hüquqlarının və korrupsiya ilə mübarizənin gündəliyindən çıxmayacağını bildiridi
please wait

No media source currently available

0:00 0:04:11 0:00

Əvəz Həsənov: Angela Merkel insan hüquqlarının və korrupsiya ilə mübarizənin gündəliyindən çıxmayacağını bildirdi

Almaniya kansleri Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə iştirak edən Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun üzvü Əvəz Həsənov Amerikanın Səsinə müsahibəsində diqqət mərkəzində olan məsələlərdən danışıb.

Amerikanın Səsi: Avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb və Siz o görüşdə iştirak etmisiniz. Görüşdə başqa kimlər iştirak edirdi?

Konkret adlar çəkildi. İlkin Rüstəmzadə, Mehman Hüseynovun azadlığa buraxılması məsələləri müzakirə olundu. Kansler dedi ki, bu məsələləri bilir.

Əvəz Həsənov: Görüşdə jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi Şəhla İsmayıl, gənc fəallar Turqut Qəmbər və Sevinc Səmədzadə iştirak edirdi. Görüş bir saatdan artıq çəkdi. Kanslerin bizimlə ətraflı danışması üçün bu kifayət etdi.

Hər bir dəvət olunanın özünün mövzuları var idi. Qadın hüquqları, gənclərin siyasi proseslərdə və sülhyaratma prosesində rolu, media, Dağlıq Qarabağ, korrupsiya, şəffaflıq məsələləri görüşün əsas mövzuları idi.

Kansler bizə çox diqqətlə qulaq asırdı. Bəzən bizim danışıqlara şərh verirdi. Aydın idi ki, kansler bizdən əvvəl bu məsələləri öz gündəliyinə salıb.

Amerikanın Səsi : Bəs Angela Merkel sizinlə nədən danışdı? Korrupsiya, insan hüquqları, siyasi məhbus məsələlərinə toxundumu?

Əvəz Həsənov: Vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı narahatçılığını bildirdi. Bizdən dəfələrlə soruşdu ki, beynəlxalq donorların Azərbaycandan gedişi nə vaxt, hansı hallarda baş verib. Eyni zamanda, kansler qeyd etdi ki, Avropa Birliyi ilə Azərbaycan arasında dörd prioritet sənəd imzalanıb - o sənədə biz insan hüquqları, yaxşı idarəetmə ilə bağlı maddənin salınmasını təkid edirik və hesab edirik ki, Azərbaycan bizim üçün müəyyən olunan Avropa dəyərindən kənara çıxmamalıdır. O həmçinin bildirdi ki, insan hüquqlarının qorunması və korrupsiya ilə mübarizə onların gündəliyindən heç vaxt çıxmayacaq.

Kansler Dağlıq Qarabağ məsələsindən danışarkən qeyd etdi ki, biz bu məsələni gündəliyimizdə saxlayırıq. Kansler Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduqlarını bildirdi. O dedi ki, bu məsələdə Azərbaycan və Ermənistan cəmiyyətinə öz dəstəyini göstərməyə hazırdır.

Angela Merkelin Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşü. 25 avqust, 2018.
Angela Merkelin Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşü. 25 avqust, 2018.

Bundan başqa, kanslerlə korrupsiya, insan hüquqları, xüsusilə, gənclərin həbsləri ilə bağlı məsələlər haqqında danışıldı. Konkret adlar çəkildi. İlkin Rüstəmzadə, Mehman Hüseynovun azadlığa buraxılması məsələləri müzakirə olundu. Kansler dedi ki, bu məsələləri bilir. Bundan əvvəlki görüşdə bunları səsləndirib.

Amerikanın Səsi: Sizin təəssüratlarınız necədir? Səfərin əsas məqsədləri nə idi?

Kansler özü də qeyd etdi ki, Azərbaycan qazı Avropa üçün çox az bir miqdardır.

Əvəz Həsənov: Səfərdən əvvəl belə təsəvvür olunurdu ki, bu, bir kommersiya səfəri olacaq. Sonra bəlli oldu ki, bu kommersiya səfərindən çox, sadəcə, kanslerin regiona tanışlıq səfəridir. Kansler özü də qeyd etdi ki, Azərbaycan qazı Avropa üçün çox az bir miqdardır. Ona görə də burada daha çox vəziyyətlə tanışlıq və rəsmi dairələrin vəvətəndaş cəmiyyətinin nümayəndələrinin fikirlərinin öyrənilməsi əsas məqsədlərdən biri idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG