Accessibility links

"Əvvəllər onlayn dərsi dərs saymırdılarsa, indi sayırlar"


Həbib Əlizadə

Astara rayonunun Qapıçıməhəllə orta kənd məktəbinin müəllimi Həbib Əlizadə Amerikanın Səsinə müsahibəsində regionlarda distant təhsillə bağlı yaranmış çətinliklərdən və bu cür təhsil sisteminin gətirə biləcəyi üstünlüklərdən danışıb.

"Əvvəllər onlayn dərsi dərs saymırdılarsa, indi sayırlar"
please wait

No media source currently available

0:00 0:22:04 0:00

Gənc müəllimin sözlərinə görə, distant təhsillə bağlı regionlardakı müəllim və şagirdlərin qarşılaşdığı ən əsas problem internetin olmaması və ya çox baha olmasıdır.

Əgər karantin rejimi uzanacaqsa tədrislə bağlı internet problemi həll olunmalıdır.

“İnternet probleminə bir çözüm tapılmadı.Bir operator tərəfindən müəllimlərə 5gb internet verildi, digər operatorlar isə heç bunu da etmədi. Uşaqlara isə ümumiyyətlə heç bir internet verilmədi. İnternet olmadığından davamlı olaraq onlayn dərslərə qoşulan uşaq sayı ümumi şagirlərin 15-20 faizidir. Ona görə də bu prosses ləngiyir.”

Həbib Əlizadə əlavə edir ki, bəzi müəllimlər şagirdlərin tədris proqramından çox geri qalmasından narahat olaraq onları həddindən artıq çox materialla yükləyir. Bu isə həmin uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Proqramdan geri qalmaq dünyanın sonu deyil.

“Karantin dövründə biz şagidləri çox yükləməməliyik ki, sən mütləq gün ərzində 6 saat dərsə qoşulub, tarixi əzbərləyib, riyaziyyatı həll edib, bütün ədəbiyyatları oxumalısan. Təhsil sonradan da həll oluna biləcək məsələdir. Burada əsas şagirdlərin psixoloji-emosional vəziyyətinə diqqət etmək lazımdır. Proqramdan geri qalmaq dünyanın sonu deyil. Müəllimlər gərək bu dövrdə sosial-emosional münasibətləri sıfırlamasınlar. Bu çox vacibdir. Tədris özü yerini bərpa edəcək.”

Distant təhsilin həm müəllimlər, həm də şagirdlər üçün qazandırdığı xeyli müsbət təcrübələrin olduğunu qeyd edən cənab Əlizadə bildirir ki, karantin bitdikdən sonra da bu təcrübələrin əsasında onlayn təhsil imkanlarını genişlətmək lazımdır.

“Şagirdlər bu dönəmdə bir sıra yeni bacarıqlar əldə etdi. Əvvəllər onlayn nəyisə oxumağı, nəyəsə baxmağı tövsiyyə edəndə çox vaxt bunu etmirdilər, amma indi buna öyrəşmək prossesi sürətlənib. Uşaqlar komputerdən nələrsə öyrənməyi adi hal kimi qəbul edirlər. Valideynlər üçün isə müsbət imkan yaradıb ki, onlar uşaqlarının dərslərinə rahatlıqla nəzarət edə bilirlər.”

Hər xırda səhvə görə şagirdi qınamaq olmaz.

Həbib Əlizadə həmçinin onlayn təhsilin ortaya çıxartdığı xoşagəlməz hallar barədə də şərhlərini bildirib.

“Onlayn təhsil zamanı müəllimlər öz xarici görünüşünə daha çox önəm verməyə çalışır. Bundan əlavə müəllimlər tərəfindən digər bir problem ondadır ki, sosial şəbəkələrdə son aylarda ali və ya orta məktəb müəllimlərinin keçdiyi dərslərdən nümunələr paylaşılır, lağa qoyulur. Bu da onu ortaya çıxardı ki, hər dəfə şagirdləri xırda bir səhvə görə danlayan müəllimlər bundan nümunə götürməlidir. Hər xırda səhvə görə şagirdi qınamaq olmaz. Onlarla empatiya qurmaq çox vacibdir.

Həbib Əlizadə həmçinin ona da ümid edir ki, cəmiyyətdə distant təhsilə olan yad münasibət son aylar baş verənlərdən sonra dəyişiləcək.

“Azərbaycanda qanunvercilik olaraq distant təhsilin mövcudluğu qəbul edilir amma bunun mexanizması mövcud deyil. Ümid edirəm ki, hazırkı münasibət bundan sonra müsbətə doğru dəyişəcək. Artıq həm rəsmilər, həm də insanlar qəbul edirlər ki, distant təhsil də ənənəvi təhsil qədər yaxşıdır. Əvvəllər onlayn dərsi dərs saymırdılarsa, indi sayırlar.”

XS
SM
MD
LG