Accessibility links

ОPEC+ ölkələri dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi üçün qərarlar qəbul edib


OPEC+ ölkələrinin BAkı toplantıdsı

ОPEC+ ölkələri nazirlərinin birgə Monitorinq Komitəsinin (JMMC) Bakıda keçirilən 13-cü iclasında bir çox qərarlar qəbulu edilib. Bu barədə Turan agentliyinin məlumatında deyilir.

Dünya bazarına ən çox neft çıxaran Səudiyyə Ərəbistanı, Venesuela və Rusiya, həmçinin onların OPEC üzrə tərəfdaşları və kartelə daxil olmayan ölkələrin qatıldığı görüşün iştirakçıları neftin qiymətinin sabitləşməsi, hətta artması üçün apreldə neft hasilatının və ixracının real azaldılması, həmçinin aprelin 17-18-də Vyanada nəzərdə tutulan görüşün ləğvi barədə qərar qəbul edib, 2019-cu ilin ikinci yarısı üçün gələcək addımların müəyyən olunması üçün görüşün erkən olduğunu hesab edib.

Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir
Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir

2018-ci ilin dekabrında OPEC və onun müttəfiqləri neftin qiymətinin artırılması məqsədilə 2019-cu ilin birinci yarısında neftin hasilatının sutkada 1,2 mln. barel (dünya tələbatının 1,2%-i) azaldılması barədə razılığa gəlib.

Bununla yanaşı ABŞ son aylar öz neftini hasilat və ixrac edir, paralel olaraq OPEC üzvü olan ölkələrə - Venesuela və İrana qarşı sanksiyalar tətbiq edib ki, həmin iki ölkədən dünya bazarına nəqli 2 mln. bar/sut. azaldılsın.

Venesuealanın neft naziri, bu ölkənin Dövlət Neft Şirkəti - PDVSA-nın prezidenti Manuel Kevedo Bakıda bildirib ki, ölkə öncə ABŞ üçün nəzərdə tutulmuş nefti Rusiyaya və ya onda maraqlı olan digər ölkəyə yenidən göndərə bilər.

İran JMMC görüşünü boykot edir, belə ki, ekspertlərin fikrincə, ölkə hesab edir ki, Səudiyyə Ərəbistanı bu cür iclaslardan öz maraqlarının irəliləməsi üçün istifadə edir, həmçinin nə qədər ki ölkə ABŞ-ın - Səudiyyə Ərəbistanının strateji tərəfdaşının sanksiyaları altındadır, - İranda cari neft hasilatı barədə obyektiv təqdimat vermir.

Səudiyyə Ərəbistanı real olaraq bütün neft hasil edən ölkələri (öz mövqeyi olan ABŞ-dan başqa) neftin hasilatını azaltmağa sövq edir və etiraf edir ki, onu öz büdcəsini balanslaşdırmaq üçün bir barelə görə 85 dollar qane edir.

Qeyd edək ki, Brent markalı neftin (neftin etalon sortu) qiyməti ötən həftə 2019-cu ilin əvvəlindən pik həddə çatıb - bir barelə görə 68 dollardan yuxarı olub.

Məqsədimiz qlobal neft ehtiyatlarını daha normal səviyyəyə endirməkdir, daha vacib olanı bazarı zənginləşmədən qorumaqdır.
Xalid əl-Falih, Səudiyyə Ərəbistanının naziri

ABŞ prezidenti Donald Tramp açıq şəkildə OPEC-i tənqid edərək onu "neftin özünü doğrultmayan qiyməti"nə nail olmaq cəhdində ittiham edib.

Bakıdakı mətbuat konfransında Səudiyyə Ərəbistanının (OPEC-in lideri) energetika və təbii resurslar naziri Xalid əl-Falih bildirib ki, ilin sonunadək dünya neft bazarı bol görünür.

"Neft ehtiyatlarının səviyyəsi artdıqca biz normal göstəricilərdən uzaqığ və kursa sadiq olacağıq (hasilatın azalması), bazarı tarazlığa doğru aparacağıq", o bildirib.

Onun fikrincə, OPEC+ sazişinin iştirakçı ölkələrinə artıq neft ehtiyatlarını bazardan yığışdırmaq üçün bir neçə ay lazım olacaq.

"İnkişaf etmiş ölkələrdə neft ehtiyatları dəyişməkdə davam edir. Məqsədimiz qlobal neft ehtiyatlarını daha normal səviyyəyə endirməkdir, daha vacib olanı bazarı zənginləşmədən qorumaqdır", nazir bildirib.

Onun fikrincə, digər mühüm göstərici neft investisiyasının vəziyyətidir.

"Bizi zəruri rəqəmlərə yaxınlaşdıracaq investisya tendensiyasını görmürük", əl-Falih vurğulayıb.

O əlavə edib ki, dünya neft sahəsinin qiymətləndirilməsi göstərir ki, yaxın iki onillikdə həmin sahəyə 11 trilyon dollar investisiya tələb olunur ki, neftin dünya tələbatı əvvəlkitək zəmanətli şəkildə təmin edilsin.

Onun sözlərinə görə, OPEC+ sövdələşməsinin uzadılması barədə potensial qərar iyunun 25-də qəbul ediləcək.

"Nə qədər ki neft ehtiyatlarının artması davam edir, İran və Venesuela ilə bağlı sanksyanın bazara anlaşılmaz təsiri var, OPEC kursu dəyişmək istəmir", o qeyd edib.

Nazirin fikrincə, bundan öncə apreldə Vyanada keçirilməsi planlaşdırılan OPEC+ iştirakçılarının növbədənkənar görüşü aktuallığını itirib.

"Apreldə OPEC­+ sövdələşməsinin taleyi barədə qərar qəbul etmək tezdir, ona görə də aprelin 17-18-nə təyin edilmiş OPEC­+ növbədənkənar görüşünün ləğvi imkanları nəzərdən keçirilir. Bu barədə, Bakıda bir neçə ikitərəfli görüşlərdən sonra konsensus fikir oldu", o bildirib.

Rusiya (karteldənkənar iri neft istehsalçısı) də eyni fikri bölüşür və sanksiyaların İrana və Venesuelaya təsirinin öyrənilməsini, həmçinin Liviya və Nigeriyada (Bakı görüşündə də iştirak ediblər) hasilatla bağlı vəziyyətin öyərnilməsini vacib sayır, çünki bu "qara qu quşuları" dünya neft bazarına mühüm təsir göstərir.

Xatırladaq ki, bu il mayın əvvəlində ABŞ Maliyyə Nazirliyinin sanksiyaya məruz qalma riski olmadan İran neftini idxal edə biləcək bəzi ölkələrə verdiyi azad edilmənin müddəti başa çatır. Sanksiyasız idxalın potensial həcmi 1 mln. b/s təşkil edir, lakin ölkələrin heç də hamısı bütün hallarda İran neftindən imtina edərək azad edilmədən istifadə etmir.

2019-cu ilin birinci yarımilində neft hasilatının 1,2 mln. b/s (OPEC ölkələri üzrə 0,8 mln. b/s, qeyri-OPEK ölkələri üzrə 400 min b/s) azaldılması barədə ötən ilin dekabrında qəbul edilmiş qərarla yanaşı apreldə kartelin növbədənkənar görüşünün keçirilməsi barədə qərar olmuşdu, lakin Bakıda əsas oyunçular qərara alıblar ki, belə görüşə ehtiyac yoxdur, ola bilsin ki, görüş mayda olsun (o zaman görüş Ciddədə keçiriləcək).

Hələlik ABŞ Maliyyə Nazirliyi tərəfindən İranla bağlı gələcək addımlara dair heç bir siqnal daxil olmayıb. Venesuelada neft hasilatı ilə bağlı vəziyyət ABŞ-ın sanksiyası və ölkədəki siyasi böhran səbəbindən gərgin olaraq qalır.

Martın 18-də məlum olub ki, Bakıda Monitorinq Komitəsi üç ölkə - Bruney, Ekvador və Malayziya üçün neft hasilatının azaldılmasından ötrü referent bazada dəyişikliyi təqdir edib. Neft hasilatının azaldılmasının ümumi həcmi həmin üç ölkəyə 34 min b/s-a başa gəlib.

Bundan öncə əl-Falih qeyd edib ki, fevralda ОPEC+ sövdələşməsi yanvardakı 83% ilə müqayisədə 90%-ə çatıb, martda 100%-i ötə bilər.

Martda Səudiyyə Ərəbistanında hasilat 9,7 mln. b/s (ОPEC+ dekabr sövdələşməsi çərçivəsində ölkənin öhdəlikləri 500 min b/s-ı ötür) təşkil edəcək və digər ölkələr neft hasilatının azalması yükünü bölüşməli olacaqlar.

"Bakıda JMMC bazarın sabitliyinin bərpası və bazarda istənilən balans pozulmasının təkrarlanmasından qaçmaq üçün iştirakçı ölkələrin məsuliyyətinin vacibliyini qeyd edib. İclasda iştirak edən ölkələr birlikdə və ayrılıqda komitəni əmin ediblər ki, qarşıdakı aylarda neft hasilatının azaldılması üzrə öz kvotalarını artıracaqlar", - OPEC rəhbərliyi bildirib.

OPEC emblem
OPEC emblem

Qazaxıstan ОPEC+ sazişi çərçivəsində neftin hasilatını 2018-ci il noyabr səviyyəsindən sutkada 40 min barelə qədər azaltmaq barədə öhdəlik götürüb. Beləliklə, ölkədə neft istehsalı sutkada 1,86 mln. barel olacaq.

Turan agentliyinə məlum olub ki, Qazaxıstana apreldən bunu etmək asan olacaq, çünki "Kaşaqan" yatağında profilaktik işlər üçün hasilatın planlı dayanmasına başlanılacaq.

Azərbaycana gəlincə, energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, "Azərbaycan apreldə ОPEC+ sövdələşməsinin yerinə yetirilməsi üzrə göstəriciləri yaxşılaşdırmağa ümid edir".

"Məlum olduğu kimi, 2018-ci ilin dekabrında biz ОPEC + sövdələşməsi çərçivəsində öz üzərimizə yeni öhdəliklər götürmüşük. Lakin hələlik onlar tam yerinə yetirilməyib. Biz bu sövdələşmə çərçivəsində öz öhdəliklərimizin yerinə yetirilməsi üzərində fəal iş aparırıq və gələn ay öz göstəricilərimizi yaxşılaşdırmağa ümid edirik", Şahbazov mətbuat konfransında bildirib.

ОPЕC+ dekabr sazişi çərçivəsində Azərbaycan 2019-cu ildən neft hasilatını 2018-ci ilin sentyabr göstəricisi ilə müqayisədə 20 min bar/sut azaltmalıdır, yəni 776 min barelə qədər.

Lakin 2019-cu ilin yanvarında Azərbaycanda neft hasilatının sutkalıq həcmi 793 min barel, fevralda 806 min barel təşkil edib.

Рusiya da öz hasilatını xeyli azaldacaq və 228 min bar/sut kvota ilə 140 min bar/sut azalmaya nail olub. RusiyaOPEC ilə sövdələşmə üzrə hədəf göstəriciyə apreldə nail olacaq.

XS
SM
MD
LG