Accessibility links

Toni Bleyer parlament qarşısında ifadə verib


Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer deyir ki, o, hökumətə rəhbərlik edən zaman media ilə fikir ayırılığından yayınmaq barədə siyasi qərar verib.

Cənab Bleyer Britaniyada media etikası və standartlarını araşdıran parlament paneli qarşısında ifadə verib.

İfadəyə səbəb telefonlara müdaxilə qalmaqalı olub. Bu qalmaqal siyasətçilər və media arasında əlaqələr barədə suallar qaldırmışdı.

Sabiq baş nazir bildirib ki, o, media ilə mübarizənin onun hökumətinin işinə mane ola biləcəyindən qorxub.

Toni Bleyer 1997-2007-ci illər arasında Böyük Britaniyanın baş naziri olub.

XS
SM
MD
LG