Accessibility links

BMT rəsmisi: "Suriyada missiyasının bərpası üçün atəşkəs qaçılmazdır"


Norwegian Major General Robert Mood, chief of the United Nations Supervision Mission in Syria (UNSMIS), speaks during a news conference in Damascus July 5, 2012.
Norwegian Major General Robert Mood, chief of the United Nations Supervision Mission in Syria (UNSMIS), speaks during a news conference in Damascus July 5, 2012.
BMT-nin Suriyadakı nümayəndə heyətinin rəhbəri deyir ki, missiyanın işi bərpa olunanda o, müşahidə fəaliyyətinin əvvəlki kimi davam etməsinə çalışacaq və diqqəti lazımi ərazilərdə daha çox vaxt sərf olunmasına yönəldəcək.

General-mayor Robert Mud bu gün Dəməşqdə jurnalistlərə açıqlamasında BMT Təhlükəsizlik Şurasının qarşıdakı günlərdə missiyanın gələcəyi barədə qərar verəcəyini deyib.

Mud deyib ki, Suriyada zorakılığın səviyyəsi presedentsiz səviyyəyə çatıb və BMT missiyasının Suriyada işi bərpa etməsi üçün atəşkəs təcili tətbiq olunmalıdır.

Suriyada 300-ə yaxın müşahidəçinin həyatına təhlükə olduğu üçün missiya fəaliyyətini iyun ayının 16-dan bəri dayandırıb.

Suriya məsələsi bu gün Parisdə Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşündə də başlıca müzakirə mövzusudur. Oxşar müzakirələr həm də Moskvada Rusiya ilə Almaniyanın XİN rəhbərləri arasında aparılır.
XS
SM
MD
LG