Bu gün Şirvan şəhər Apellyasiya məhkəməsində 4 il müddətinə azadlıqdan məhrum edilən hüquq müdafiəçisi Taleh Xasməmmədovun apellyasiya şikayətinə baxılıb. Məhkəmədə iştirak edən keçmiş vicdan məhbusu Oktay Gülalıyev Amerikanın Səsinə verdiyi müsahibədə müdafiə tərəfinin azadlığa buraxılma ilə bağlı vəsatəti qəbul edilməyib və hakim yay tətili mövsümünü nəzərə alaraq məhkəməni sentyabr ayınadək təxirə salıb. Cənab Gülalıyev müsahibə zamanı hüquq müdafiəçisinin həbsinin digər aspektlərinə də toxunub. Müsahibəni aşağıdan dinləyə bilərsiniz:
-
Emil Quliyev
Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir. Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.