Accessibility links

ABŞ-ın Azərbaycana təyin edilən səfiri Riçard Morninqstarın andiçmə mərasimi iyulun 20-də keçiriləcək


ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ-ın Azərbaycana təyin edilən səfiri Riçard Morninqstarın andiçmə mərasimi iyul ayının 20-də təşkil ediləcək. O, Senat tərəfindən bu vəzifəyə ötən ay təsdiq edilib.

ABŞ prezidenti Barak Obama Riçard Morninqstarın Azərbaycanda səfir vəzifəsinə namizədliyini aprel ayında irəli sürmüşdü.
Riçard Morninqstar 2009-cu ildə ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilmişdi.

Səfir Morninqstar 1999-2001-ci illərdə ABŞ-ın Avropa İttifaqında səfiri olmuşdur. Bundan öncə isə o, ABŞ prezidenti və dövlət katibinin Xəzər hövzəsində enerji diplomatiyası məsələləri üzrə xüsusi nümayəndəsi kimi çalışmışdı. Bu vəzifədə o, ABŞ-ın Xəzər hövzəsində energetika və nəqliyyat sahələrinin inkişaf etdirilməsi istiqamətində siyasətinə yardım göstərmək məqsədilə yerli hökumətlər və beynəlxalq təşkilatların birgə səylərinin koordinasiyasını təmin etməli idi. Riçard Morninqstar habelə Birləşmiş Ştatlar prezidenti və dövlət katibinin MDB dövlətlərinə yardım məsələləri üzrə xüsusi müşaviri olmuşdur.

Andiçmə mərasimindən bir neçə həftə sonra səfir Bakıya yola düşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG