Accessibility links

Səfir Makfol ABŞ-da və Rusiyada QHT-lər haqda qanunları şərh edib


Səfir deyib ki, ABŞ-da xarici fondların maliyyələşdirdiyi minlərlə QHT fəaliyyət göstərir

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol bu yaxınlarda Rusiyada QHT-lər haqda qəbul olunmuş qanunla bağlı şərh verib.

İnternetdə dərc olunan “Qazeta.ru” qəzetinə müsahibədə ABŞ səfiri deyi ki, Rusiyada QHT-lət haqda qanunla Amerikada xarici agentlərə dair FARA qanunu arasında böyük fərq var.

Səfir bu iki qanunu müqayisədə edərək deyib ki, xarici ölkələrin maraqlarını təmsil edən lobbiçilərə aid qanun onların xarici agent kimi qeydiyyatdan keçməsini nəzərdə tutur. “Halbuki Rusiyada yeni qanunda xarici hökumətlər üçün işləməyən yerli QHT-ləri xarici agent adlandırılır”-deyə səfir sözünə davam edib.

Makfol qeyd edib ki, ABŞ-da xarici fondlar və hökumətlər tərəfindən maliyyələşdirilən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstəriri. “Mənim həyat yoldaşım ailədə zorakılıq əleyhinə bir fondda çalışırdı. Bu qrup Amerika hökumətilə birgə iş apararaq, ailədə zorakılığa qarşı mübarizəyə yönəlmiş qanunları müdafiə edir. O zaman qrupu Yaponiyada bir fond maliyyələşdirirdi. Bu, normaldır”-deyə səfir Makfol müsahibədə bildirib.

Maykl Makfol İngiltərədə təhsil almaq və dissertasiya işini bitirmək üçün maliyyənin Britaniyanın Rods fondu tərəfindən verildiyini bildirib. “Mən Oksfordda təhsil almaq üçün maliyyəni Britaniyanı hökumətindən almışdım. Bununla mən xarici agent oldummu? Bu tamamilə absurddur”-deyə ABŞ səfiri qəzetə bildirib.
XS
SM
MD
LG