Accessibility links

BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan mandatını yeniləməyəcək


Bu gün Suriyanın Hələb şəhərində hökumət qüvvələrinə məxsus tankı ələ keçirən üsyançıların orduya qarşı hücumlarının intensivləşdiyi bildirilir. Prezident Bəşar Əl-Əsədə məxsus qüvvələrin üsyançıların ələ keçirdikləri və saxlamağa cəhd göstərdikləri Səlahəddin mahalındakı mövqelərinə tanklar və artileriya hücumları edildiyi deyilir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə təşkilatının bildirdiyinə görə, qarşıdurma zamanı hökumət qüvvələri tərəfindən 7 mülki vətəndaş öldürülüb.
Artıq iki həftədir Suriyanın əhalisi çox olan Hələb şəhərində döyüşlər səngimək bilmir.

İnsan haqları fəalları çərşənbə axşamı Dəməşq şəhərində də təhlükəsizlik qüvvələrinin keçirdikləri reydlər zamanı onlarla insanın qətlə yetirildiyini bildirmişdilər.

BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan istefa verir. Belə ki, onun Suriyanın 17 aylıq münaqişəsinin həlli səyləri baş tutmayıb. Kofi Annanın aprel ayında elan etdiyi sülh təklifi o ölkədə döyüşləri dayandıra bilməyib.

BMT-nin baş katibi Ban Ki Mun onun əvəz edilməsi üçün yeni nümayəndələrin nəzərdən keçirildiyini bildirib. O, Ərəb Dövlətləri Birliyinin baş katibi ilə artıq müzakirələrə başladığını deyib.
Suriyada qarşıdurmaların vüsət almasından bəri on minlərlə insan evindən didərgin düşüb, milyonlarla insanın təcili humanitar yardımlara ehtiyacı var.

BMT gələn il 3 milyon suriyalının ərzaq qıtlığı ilə üzləşəcəyini bildirir. Döyüşlər Suriyanın kənd təsərrüfatı sahəsinə 1.8 milyard dollarlıq zərər vurub.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG