Accessibility links

London Olimpiadasının sonuncu günü


Tamaşaçılar London küçələrinə düzlənərək 2012-ci il Olimpiadasının sonuncu günündə kişilərin marafonunu izləyirlər. Yarışın əsasən Şərqi Afrika ölkələri olan Kenya və Efiopiya qaçıcıları arasında gedəcəyi güman olunur.

ABŞ-ın basketbol komandası 2008-ci ildə olduğui kimi yenidən finalda İspaniya ilə üzləşir.

Qadınlar arasında müasir pentatlon üzrə yarış 17 günlük yarışların sonuncu tədbiri olacaq.

Son rəqəmlərə əsasən amerikalılar 42 qızıl daxil olmaqla 102 medalla birinci yerdə gedirlər. İkinci yerdə 87 medalla Çin, üçüncü yerdə isə Rusiya gəlir, hərçənd ki, qızıl medalların sayında Britaniya Rusiyanı üstələyir.

“Britaniya Musiqisinin Simfoniyası” başlıqlı qapanış mərasimi Böyük Britaniyanın dünyaya verdiyi mədəni töhfələri işıqlandıracaq. Üç saatlıq törəndə Adele, Elton, Corc Maykl, Enni Lenoks və Pet Şop Boys kimi qruplar iştirak edəcək.

2016-cı il Olimpiadasınn ev sahibləri olacaq braziliyalılar Rio stilli karnaval təşkil edəcəklər.
XS
SM
MD
LG