Accessibility links

Culian Assanj ABŞ-ı sərt tənqid etdi


Son iki ay ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxan WikiLeaks təsisçisi Culian Assanj bu gün ABŞ-ı sərt tənqid edib.

ABŞ-ın yüz minlərlə gizli sənədlərini ictimaiyyətə açıqlayan şitlərin rəhbəri Londondakı Ekvador səfirliyinin eyvanından çıxış edib. Ekvador Assanjı qaçqın kimi qəbul edib.

İsveçdə nalayiq seksual hərəkətdə ittiham olunan Assanj istintaqa cəlb edilmək üçün axtarışdadır. Aktivist deyib ki, WikiLeaks işinə görə İsveçin onu ABŞ-a ekstradisiya edə bilər.

Assanj ABŞ-ı 2010-cu ildə minlərlə gizlə sənədi açıqlayaraq qəzəbləndirmişdi.

WikiLeaks rəhbəri Vaşinqtonu jurnalistlərə hədə-qorxu gələrək "təhlükəli və basqılı dünya" yaratmaqda ittiham edib.
XS
SM
MD
LG