Accessibility links

Stratosferdən Yerə tullanacaq avstraliyalı paraşütçü


Avstraliyalı paraşütçü ümid edir ki, yüksək hündürlükdən tullanaraq səsin sürətini ötən ilk insan olacaq. Bu gün Feliks Baumqartner ABŞ-ın Yeni Meksika ştatında 37 kilometrlik hündürlükdəki kapsuladan tullanacaq.

Feliks səs baryerini keçən ilk insan olmağa çalışır. Planı həyata keçirəcəyi təqdirdə o, ən hündür məsafədən və ən uzun məsafəyə sərbəst şəkildə tullanan şəxs kimi dünya rekordunu yeniləcəyəcək.

Bu, həm də Feliksə Şarı ən hündür məsafəyə qaldırma rekordunu təzələmək imkanı yaradacaq. Belə ki, o, tullanmamışdan əvvəl hündürlüyü 170 metr olan nəhəng helium şarı Feliksin kapsulasını stratosferə qaldıracaq.

43 yaşlı Baumqartner xüsusi təzyiqədözümlü fəza kostyumu geyinəcək və paraşütü işə salmamışdan öncə 5 dəqiqə yarım sərbəst şəkildə havada qalacaq.
XS
SM
MD
LG