Accessibility links

BP şirkəti TNK-BP-dəki payını Rosneftə satır


BP-nin müdirlər heyəti TNK-BP şirkətindəki payın Rusiya dövlət neft şirkəti Rosneftə satılmasına razılıq verib. Razılığa əsasən Rosneft BP-nin payı üçün 27 milyard dollar ödəyəcək.

BP TNK-bp-dəki payının 50 faizini nağd pul və səhmlərin kombinasiyası müqabilində satacaq.

Britaniya şirkəti 11-13 milyard dollar arasında nağd pul və Rosneft şirkətinin səhmlərinin 15-20 faizini alacaq. Rosneftin səhmlərinin ümumi dəyəri 73.4 milyad dollar təşkil edir.

Bu tranzaksiya BP-ni Rosneftin səhmlərinə sahib olan ikinci ən böyük şirkət edəcək.
XS
SM
MD
LG