Sendi supertufanı ABŞ-ın şimal-şərq sahillərini viran qoydu [Fotoqalereya]

ABŞ prezidenti Barak Obama Nyu-York ştatını “fəlakət zonası” elan edib. Rəsmi bəyanat Sendi qasırğası Manhattanı suya qərq etdikdən və Nyu-York şəhəri boyunca elektrik xətlərini qırdıqdan sonra verilib.
Nyu-Yorkun fəlakət zonası elan edilməsi həmin bölgəyə federal yardımın göstərilməsinə yol açacaq.
Güclü küləklər və leysan yağışları ilə müşayiət olunan qasırğa bazar ertəsi axşam Nyu-Yorkun cənubunu vuraraq qitənin içərilərinə doğru hərəkət etməyə başladı.
Sendi qasırğası nisbətən zəifləsə də bəzi yerlərdə hələ də saatda 100 kilometr sürətlə küləklər əsir. Milli Hava Xidməti tufanın çərşənbə günü Kanadaya hərəkət edəcəyini bildirir. [Xəbər qraffikdən sonra davam edir]
KEÇƏN İLKİ AYRİN QASIRĞASI İLƏ SENDİNİN MÜQAYİSƏSİ
Loading...
Sendi qasırğası ABŞ-ın Atlantik okeanı sahillərini suya qərq edib, daşqınlar əmələ gətirib. Tufan nəticəsində şərq sahillərində azı 28 adam həlak olub. Onların çoxu nəqliyyat qəzası və ya ağacların qırılması nəticəsində ölüblər.
Manhattanda suyun səviyyəsi dörd metr yüksəlmiş və adətən məşğul küçələri olan Nyu-York şəhəri iflic olmuşdur. ABŞ-ın şərq sahilləri boyunca 6 milyon adamın işığı kəsilib.
Sendi supertufanı şəhərləri suya qərq etdi, milyonları işıqsız qoydu
1/11Manhattanda elektrik xətlərinə ziyanın qarşısını almaq üçün tufan öncəsi işıqlar söndürülüb. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
2/11Nyu-Yorkda Hugh L. Carey tunelini su basıb. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
3/11Qərbi Virciniya ştatının Elkins şəhərində qar yağıb. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
4/11Nyu-York Universitetinin Tisch hospitalında təcili yardım maşınları xəstələri evakuasiya edirlər. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
5/11Sendi qasırğasının gətirdiyi daşqın suları Nyu-Cersidə Hoboken dəmiryol stansiyasına dolur. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
6/11Nyu-York yanğınsöndürənləri hava ilə doldurulmuş qayıqlarda 14-cü küçə boyu Şərq Çayına doğru xilasedici missiyaya gedirlər. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
7/11Nyu-Yorkda 14-cü küçə və 8-ci xiyabanın kəsişdiyi yerdə dörd-mərtəbəli binanın fasadı çöküb. Oktyabr 29, 2012.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
8/11ConEd şirkətinə məxsus elektrik maşınları su altında qalıb. Sendi qasırğası 6 milyon adamı işıqsız qoyub.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
9/11Nyu-Cersinin Edgewater şəhərində baka Hudson çayının qalxan sularına qərq olub.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
10/11Burnt bushes smolder after a fire in Taman Bukit Melawati park in Kuala Lumpur, Malaysia.
Birlıəşmiş Ştatlarının böyük kəsimini əhatə edən nəhəng tufan ələlxüsus Nyu-York və Nyu-Cersi ştatlarında böyük həcmdə ziyan vurub
Digər xəbərlərShow less
11/11Burnt bushes smolder after a fire in Taman Bukit Melawati park in Kuala Lumpur, Malaysia.