Accessibility links

Əfqanıstanda qanlı gün


Əfqanıstan ordusunun uniformasını geyinən silahlı Əfqanıstanda döyüşən koalisiya qüvvələrinin üzvünə atəş açaraq öldürüb. Bu hücum NATO və Əfqanıstan qüvvələrinin bir-birinə inamına xələl gətirib.

Koalisiya qübbələrinin birgə komandanı deyib ki, əsgər cənub regionunda öldürülüb və onun milliyəti hələlik müəyyən edilməyib.

Bundan başqa Əfqanıstan rəsmiləri deyir ki, şərq və cənub regionlarda partlayıcı maddələrlə 11 mülki vətəndaş qətlə yetirilib. Yol üzərində yerləşdirilmiş bombanın partlaması nəticəsində bir ailənin 6 üzvü ölüb. Ölənlər arasında ana və bir neçə saat əvvəl dünyaya göz açmış körpə də olub.

Polis deyir ki, ailə Xost vilayətində körpə dünyaya gəldiyi xəstəxanadan evlərinə gedərkən içərisi bomba ilə dolu yük maşını ilə toqquşub.

Helmənd vilayətində isə minanın partlaması nəticəsində 3 nəfər həlak olub.

Hücumların məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG