Accessibility links

Barak Obamanın səfəri ərəfəsində Birmada siyasi məhbuslar azadlığa buraxılıb


ABŞ prezidenti Barak Obamanın gələn həftə Birmaya səfəri öncəsi Birma hökuməti yüzlərlə məhbusu azadlığa buraxıb.

Birma dövlət televiziyası bəyan edib ki, prezident Tein Sein ABŞ-la əlaqələri genişləndirmək səyləri çərçivəsində 452 məhbusu əfv edib.

Rəsmilərin sözlərinə görə, azadlığa buraxılanlar arasında siyasi məhbuslar da var, ancaq onların neçə nəfər olması bəlli deyil.

Prezident Obama Birmaya gələn həftənin bazar ertəsi günü gedəcək. Bu Birmanın son bir il yarımda apardığı demokratik islahatlara dəstək mahiyyəti daşıya bilər.

Birləşmiş Ştatlar dəfələr yeni mülki hökuməti siyasi məhbusları azad etməyə çağırıb.

Birmaya səfəri çərçivəsində prezident Obama həmkarı Tein Sein və müxalifət lideri Aunq San Suu Kyi ilə görüşəcək.
XS
SM
MD
LG