Accessibility links

BMT nüvə agentliyinin rəsmisi İranla danışıqlarda irəliləyiş olduğunu bildirib


BMT müfəttişlərinin rəhbərinin sözlərinə görə, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında İranın mübahisəli nüvə proqramı üzərində təhqiqatın necə aparılması barədə gələn ay razılıq əldə olunacağı gözlənilir.

Herman Nakerts deyir ki, agentliyin Tehranda apardığı danışıqlarda irəliləyiş olub və danışıqların yanvar ayının 16-da davam etdirilməsi planlaşdırılır.

O, 7 üzvlük heyətin İran rəsmiləri ilə danışıqlarından bir gün sonra Avstriya paytaxtı Vyanada jurnalistlərə açıqlama verib. Bu, avqust ayından bəri qrupu Tehran rəsmiləri ilk görüşü idi.

Bundan əvvəl Nakerts bildirmişdi ki, səfərin məqsədi İranın mümkün nüvə silahı istehsal etməsi ilə bağlı bəzi mühüm məsələləri həll etməkdən ibarətdir.

İran nüvə proqramının dinc mahiyyət daşıdığını deyir.
XS
SM
MD
LG