Accessibility links

ABŞ qanunvericiləri yeni il ərəfəsində "maliyyə uçurumundan" qurtulmağa çalışırlar


Ağ Ev və Konqres liderləri ABŞ-da gözlənilən maliyyə uçurumunun qarşısını almaq üçün son anda danışıqları davam etdirirlər. Əgər yeni ilədək razılıq əldə olunmasa, amerikalıları sərt vergi artımlar və ixtisarlar gözləyir.

Qanunvericilər bu gün Kapitolidə bir araya gələrək qızğın danışıqlar aparırlar. Təhlilçilər xəbərdarlıq edirlər ki, razılıq əldə olunmadığı təqdirdə işə düşəcək mexanizm Amerikanı ikinci iqtisadi tənəzzülə yuvarlaya bilər.

Vitse-prezident Joe Biden və Senatda Respublikaçı azlığın lideri Mitch McConnell bazar günü gecəyədək danışıqlar aparıblar. Belə görünür ki, daxili proqramlara xərcləmələrin yaxud vergi artımının ləngidilməsinə dair razılıq əldə edilməyib.

Ağ Ev indiyədək iki məsələdə güzəştə gedib. Barak Obama administrasiyası illik $450,000 gəliri olan ailələrə vergiləri artırmamağa razılıq verib ki bu, da əvvəlki $250,000 limitindən yuxarıdır. Respubliikaçılar habelə mirasa qoyulan vergilərin eyni səviyyədə saxlanmasına təminat alıblar.

Ağ Evlə Respubliikaçılar arasında əldə olunan razılıq ilk növbədə Demokratların çoxluq təşkil etdiyi Senatda, daha sonra isə Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasında səsə qoyulmalıdır. Əgər hər iki palata bu günün sonunadək razılığa gələ bilsə, prezident Barak Obama axşam qanunu imzalayacaq.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG