Accessibility links

Konqres üzvləri maliyyə böhranının qarşısını almaq üçün razılıq əldə edə bilmir




ABŞ Senatının liderləri tənəzzüldən sonra dirçəlməyə başlayan ölkə iqtisadiyyatına zərbə vuracaq maliyyə böhranının qarşısını almaq üçün razılığın əldə edilə bilməyəcəyindən ehtiyat edir.

Senatda respublikaçıların lideri Mitç Makkonnel Konqresin hər iki palatasında bazar günü növbədənkənar iclaslarda məsələnin təcili olmasına kifayət qədər diqqət verilmədiyindən narahatlığını ifadə edib. Senatorun sözlərinə görə, qanunvericilər arasında razılığın əldə olunması istəyi, buna maraq, ya da bunu etmək üçün kifayət qədər cəsarət müşahidə edilmir.

Senatda demokratların lideri Herri Rid isə respublikaçıların şənbə günü verdiyi təklifə cavab verə bilmədiyini bildirib. O, senator Makkonnelin danışıqlar zamanı xoş niyyət nümayiş etdirdiyini, lakin partiyalar arasında böyük məsələlərdə hələ də ciddi fikir ayrılıqlarının olduğunu deyib.

Prezident Obama bazar günü ABŞ televiziyasına müsahibə zamanı Konqresi amerikalıların əksəriyyəti üçün vergilərin yüksək artmasına yol verməmək üçün razılıq əldə etməyə çağıraraq, bəks halda bunun ölkə iqtisadiyyatını daha bir tənəzzülə sala biləcəyini deyib.

ABŞ liderləri hökumət xərclərinin kəsilməsi və amerikalıların çoxu üçün vergilərin artırılması ilə nəticələnəcək “maliyyə uçurumu”na getdikcə daha çox yaxınlaşır.

Konqres liderləri vergi səviyyəsinin zəngin amerikalılar istisna edilməklə, başqaları üçün hazırkı səviyyədə saxlanmasına dair razılıq əldə etmək üçün bazar günü işi davam etdirir. Əks halda, yeni ildən başlayaraq, vergilər 1990-cı ildə qəbul edilmiş yüksək səviyyəyə qaldırılacaq.

Həm Konqresin Nümayəndələr Palatası, həm Senat Ağ evdə müzakirəyə qoyula biləcək hər hansı bir güzəştli qanun layihəsinə səs vermək üçün bazar günü növbədənkənar iclaslar keçirir.

Şənbə günü həftəlik müraciətində prezident Barak Obama fəaliyyət göstərməsi üçün Konqresə təzyiq göstərərək, vergi səviyyəsinin yüksəlməsinin ölkə iqtisadiyyatına zərər vuracağını deyib.

Vaşinqton liderləri uzun zamandır vergilər və hökumət xərcləri məsələlərində razılığa gələ bilmir. Cənab Obamanın mənsub olduğu Demokrat partiyasının nümayəndələri sosial təminat proqramlarının maliyyələşdirilməsi üçün vergilərin qaldırılmasına tərəfdardır. Respublikaçılar partiyasından olan qanunvericiləri isə vergilərin hətta zəngin amerikalılar üçün belə qaldırılmasının əleyhinədir.

Tərəflər güzəşt əldə etsə, prezident yeni ildən vergilərin avtomatik qalxmasına yol verməmək üçün qanuna bazar ertəsi imza ata bilər.

Hələlik heç bir tərəf razılığın əldə edilə bilməsinə dair ictimiayyətə heç bir işarə verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG