Accessibility links

Peruda müəmmalı vertolyot qəzası


Perunun şimalında Amazon cəngəlliklərində vertolyotun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Rəsmilər deyir ki, vertolyot Ucayali cəngəllik regionunda qəzaya uğrayıb.

Hadisə qurbanlarından 5-i amerikalı, ikisi isə peruludur. Vertolyot ərazidə fəaliyyət göstərən yanacaq və daş-kömür mədəni şirkəti tərəfindən istifadə edilirdi.

Hadisə ilə bağlı istintaq başlayıb, qəzanın səbəbləri araşdırılır.
XS
SM
MD
LG