Accessibility links

Suriyada azad edilən iranlılar vətənlərinə qayıdır


Prezident Bəşar Əl-Əsəd hökumətinin məhbusları azad etməsindən sonra Suriya üsyançılarının azad etdiyi 48 iranlının bu gün vətənə qayıdacağı gözlənilir. Çərşənbə günü iki ilə yaxındır gedən müharibə müddətində girovda olan iranlıların azad edilməsi müqabilində ilk dəfə olaraq çoxu suriyalı olmaqla, 2130 məhbus həbsdən buraxılıb.

İranın Suriyadakı səfiri Məhəmməd Rza Şibanı azad edilmiş iranlıları Dəməşqdəki Şeraton mehmanxanasında gül-çiçəklə qarşılamışdır.

Keçən ilin avqust ayında İran İnqilab Qvardiyasının üzvləri də daxil edilməklə, iranlıları girov götürən üsyançılar onların ölkəyə kəşfiyyat missiyası üçün daxil olduqlarını iddia edirdi. İran isə bu ittihamı rədd edərək, vətəndaşlarının Suriyaya zəvvarlıq məqsədi ilə getdiyini deyirdi.
XS
SM
MD
LG