Accessibility links

Rusiya Suriyada siyasi keçid prosesinin həyata keçirilməsini istəyir


Rusiya Suriyada siyasi keçid prosesinə çağırsa da, münaqişəyə son qoymaq üçün prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməli olduğunu bildirməyib.

Bu gün açıqlanan bəyanatda Rusiya Xarici İşlər Nazirliyi uzun müddət tutduğu mövqeyi bir daha səsləndirərək deyib ki, suriyalılar gələcəkləri barədə heç bir xarici müdaxilə olmadan qərar verməlidirlər.

Bəyanat habelə ölkədə zorakılıqların dayandırılmasına, o cümlədən məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla suriyalıların humanitar yardımla təmin olunmasına çağırılır.

Dünən Cenevrədə beynəlxalq elçi Laxdar Brahimi, ABŞ və Rusiya rəsmiləri arasında üçtərəfli danışıqlar Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün heç bir nəticə əldə edilmədən başa çatıb.

Tərəflərin siyasi həllə ehtiyac olduğunu vurğuladığını söyləyən cənab Brahimi münaqişənin həllinin tez bir zamanda baş verəcəyinin görünmədiyini deyib.
XS
SM
MD
LG