Accessibility links

Bəhreyndə terror şəbəkəsi zərərsizləşdirilib



Bəhreynin Daxili İşlər nazirliyi Şimali Afrika və Yaxın Şərq ölkələrində Ərəb Baharının adı ilə tanınan xalq hərəkatlarının ikinci ildönümü ilə əlaqədar keçirilən nümayişlərdə toqquşmaların ardınca ölkədə terror şəbəkəsi zərərsizləşdirildiyini bildirib.

Nazirliyin verdiyi bəyanatda terror şəbəkəsinin səkkiz üzvünün həbs edildiyi, onların İran, İraq və Livanda təlim keçdiyi və bu ölkələrdən maliyyə yardımı aldığı deyilir.

Bəhreynin sünni kral hakimiyyəti şiə İranı və onun müttəfiqlərini ölkədə azlıqda olan şiələri üsyana təhrk etməkdə günahlandırır. İran bu ittihamları rədd edir.
XS
SM
MD
LG