Accessibility links

Siyasətçilər və ekspertlər Əliyevlər ailəsinin ofşor zonalarda biznes fəaliyyəti barədə


Prezidentin mətbuat xidməti: “Aərbaycanın digər vətəndaşları kimi onlar da bizneslə məşğul ola bilər”. Ekspertlər və siyasətçilər isə prezident ailəsinin bizneslə məşğul olmasının qanunla qadağan edildiyini deyir

“İlham Əliyevin ailəsinin offşor zonalarda qanunsuz biznesi haqda informasiya yeni deyil”, - “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib.

Dünən “The Guardian” qəzetində Azərbaycan prezidentinin ailə üzvlərinin və əhatəsinin biznes fəaliyyətindən xəbər verən sənədlər, jurnalist araşdırmaları dərc olunub.

“Bu məsələnin yeni tərəfi odur ki, prezidentin özünün biznes-strukturunun olmasına dair sənədli sübutlar ortaya çıxıb”,- Ə.Oruclu vurğulayıb.

O hesab edir ki, bu sənədlər təsadüfən yayılmayıb. “Bu, Qərbin rəsmi Bakının təhdidlərinə cavabdır.

Azərbaycan hakimiyyəti ABŞ-ın Milli Demokratiya İnstitutuna qarşı ittiham kampaniyasına başladıqdan sonra Qərb tərəfdən cavab reaksiyasını gözləmək olardı. Belə ki, Bakının NDİ-ni gözdən salmaq cəhdləri, həbs olunmuş fəallardan bu təşkilata qarşı ifadənin alınmasına cəhdlər cavab reaksiyası doğurmaya bilməzdi.

Açıqlanmış faktlar cəmiyyətdə ciddi müzakirə predmeti olacaq. Əhalinin əksəriyyəti ayda 200-300 manat qazanır və indi də onlar görür ki, hakim rejim milli sərvətləri mənimsəyir.

Ə.Oruclu istisna etməyib ki, bu sənədlər beynəlxalq cinayət təhqiqatının predmeti olacaq. ABŞ məhkəməsi dünyada istənilən şirkətin barəsində korrupsiya faktını araşdırmaq səlahiyyətinə malikdir.

EL ictimai-siyasi hərəkatının rəhbəri Eldar Namazov hesab edir ki, dövlət başçısı İlham Əliyev bu faktlarla bağlı açıqlama ilə çıxış etməlidir.

Bu, vacibdir, çünki həmin sənədlərdə və digər jurnalist araşdırmalarında qanunsuz biznesdən danışılır. Dövlət vəzifəsində olanlara sahibkarlıqla məşğul olmaq qadağandır, hələ korrupsiyadan danışmırıq. Odur ki, araşdırmada adları çəkilən şəxslər açıqlamalarla çıxış etməlidirlər.

Bu mövzuda materiallara baxış statistikası adi materiallara baxışdan yüz dəfə çoxdur ki, bu da sənədlərə ictimai marağın olduğunu göstərir.

Açıq izahatın olmaması irəli sürülən ittihamların əsaslı və ədalətli olmasının qəbul edilməsi kimi qiymətləndiriləcək, Namazov qeyd edib.

Xatırladaq ki, yuxarıda sadalanan faktlar açıqlandıqdan prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib ki, prezidentin ailəsi bizneslə məşğul ola bilər.

“Azərbaycanın digər vətəndaşları kimi onlar da bizneslə məşğul ola bilər. Qanun onlara bu imkanı verir. Bunda qeyri-adi bir şey görmürəm”, - A.Qasımov BBC-yə bildirib.

Media Hüququ İnstitutunun Rəşid Hacılı A.Qasımovun sözlərini Turan-a şərh edərkən deyib ki, prezidentin ailə üzvləri bizneslə məşğul ola bilər. Lakin onlar öz gəlir mənbələrini açıqlamalıdırlar. Bundan əlavə, bu biznesin nə dərəcədə şəffaf olmasına aydınlıq gətirilməlidir. Cəmiyyət bu suallara cavab almalıdır.

Müsavat Partiyasının sədri İsa Qəmbər hesab edir ki, “The Gardian”da dərc olunmuş məqalədə və digər hesabatlarda bir çox korrupsionerin adı çəkilir:

“İlk öncə bunun ümumi mahiyyətini xatırlatmaq istəyirəm. Burada iki önəmli faktor var.

Birincisi, bütün dünyada gedən azadlıq dalğasıdır. Bu dalğa diktatorlara və avtoritar rejimlərə qarşı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsi deməkdir.

Gördüyünüz kimi, “The Gardian” –da dərc edilən məqalədə və digər hesabatlarda korrupsiyaya bulaşmış bir çox adamların adı keçir.

İkinci faktor isə Əliyev rejiminin demokratiya sahəsində beynəlxalq standartları nəzərə almaması, üzv olduğu beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəlikləri yerinə yetirməməsi və Azərbaycan cəmiyyətində etirazların günü-gündən güclənməsi, demokratik qüvvələrin getdikcə güclənməsidir.

Bu Əliyev rejiminin korrupsiya əməlləri barədə ilk məlumat deyil, son illərdə bu məlumatlar dəfələrlə dərc olunub.

Müsavat Partiyası Əliyevlərin Dubay mülkləri ilə bağlı sərt etiraz bildirib və İlham Əliyevdən hesabat tələb etmişdi. Yeni dərc edilən məlumatlar bu məsələni bir daha aktuallaşdırır.

Biz partiya rəhbərliyində situasiyanı bir daha dəyərləndirərək demokratik ictimaiyyətə İlham Əliyevin istefası təklifini irəli sürməyi təklif edəcəyik”, o qeyd edib.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib ki, offşor zonalarda vergi, gömrük, sahibkarlıq mühiti daha liberaldır, konfidensiallıq çoxdur, valyuta rejimi sərbəstdir.

“Bu zonalarda fəaliyyət göstərən sahibkarlar ölkəyə büdcəsinə vergi ödəmir. Ona görə də adətən ayrı-ayrı ölkələrin hökumətləri milli sahibkarların öz vəsaitlərini offşor zonalarda yatırmasına qarşı olur. Prezidentlər isə milli sahibkarların bu zonalara yatırımlar yönəltməsinin qarşısının alınmasında birinci olur. Azərbaycanda isə əksinədir. Prezident və onun ailəsi Azərbaycanda deyil, offşor zonalarda sahibkarlıq fəaliyyətinə üstünlük verir”.

Ekspert prezident və onun ailəsinin Azərbaycanda biznes fəaliyyətinə üstünlük verməməsinin səbəblərinə də toxunub. “Bu o deməkdir ki, ölkədə vergi, gömrük, bank sisteminə etimad yoxdur. Görünür, prezidentin özü idarə etdiyi ölkənin siyasi və iqtisadi gələcəyini yaxşı görmür. Əgər ölkənin siyasi və iqtisadi gələcəyini yaxşı görsəydi, özünün və ailəsinin vəsaitini öz idarə etdiyi ölkədə yatırardı”, - o qeyd edib.

Prezident və onun ailəsinin bizneslə məşğul olmasının hüququ tərəfinə toxunan
Q.İbadoğlu deyib ki, prezident ailəsinin bizneslə məşğul olması qanunla qadağandır.

İnternetdə Britaniyanın Virgin adalarında offşor hesab sahiblərinin 2 milyon sənədi yayılıb. Bu barədə Britaniyanın “Qardian” qəzeti məlumat yayıb. Hesabatda Azərbaycan prezidenti İlham Əliyevin ailəsinin də adı var. Əliyevlər ailəsinin ofşor zonada fəaliyyət göstərən şirkətləri barədə sənədlər dərc olunub. Ailənin biznesi ilə bağlı dünyanın nüfuzlu media orqanları, o cümlədən BBC, Euronews xəbər yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG