Accessibility links

Əfqanıstanda koalisya qüvvələrinin hava zərbəsi nəticəsində11 adam öldürülüb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, koalisya qüvvələrinin hava zərbəsi nəticəsində 10-u uşaq olmaqla,11 adam öldürülüb.

Hücum Kunar vilayətinin Pakistanla sərhəd bölgəsində həyata keçirilib. Hadisə zamanı 2-si Taliban komandiri olmaqla,6 yaraqlı həlak olub.

ABŞ-ın başçılıq etdiyi koalsiya qüvvələri havadan zərbənin bir evdən edilən hücuma cavab mahiyyəti daşıdığını bildirib.

Dünən Əfqanıstanın Zabul vilayətində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 5 amerikalı həlak olub. Onlar arasında 3 əsgər, bir müdafiə işçisi və gənc qadın tərcüməçi olub.
XS
SM
MD
LG