Accessibility links

Cənubi Koreya prezidenti ABŞ-a səfərə başlayır



Cənubi Koreya prezidenti Park Geun-hye paytaxt Seuldan iki günlük səfər məqsədilə Birləşmiş Ştatlara yollanıb. O, Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Cənubi Koreya prezidenti və prezident Barak Obama arasında zirvə görüşündə Şimali Koreya ətrafında fikir mübadiləsi aparılacaq. İktərəfli münasibətlər də müzakitələrin diqqət mərkəzində olacaq.

Cənubi Koreya prezidentinin ABŞ Konqresinin birgə iclasında çıxış edəcəyi gözlənilir.

ABŞ səfəri çərçivəsində cənab Park Nyu-Yorkda BMT-nin Baş katibi Ban Ki Munla da görüşəcək.

Cənubi Koreyanın 50-dən çox biznes liderindən ibarət nümayəndə heyətinə rəhbərlik edən prezident Park cümə axşamı günü Los Ancelesdə olacaq.
XS
SM
MD
LG