Accessibility links

Detroyt aeroportunda səudiyyəli saxlanılıb


ABŞ-ın Detroyt şəhərindəki beynəlxalq aeroportda təzyiq qazanı ilə səyahət edən Səudiyyə Ərəbistanı vətəndaşı rəsmilərə yalan danışdıqdan sonra həbs olunub.

Hüseyn əl-Kavahir səhifəsinin biri çatışmayan pasportdan istifadə etdiyinə və ABŞ Gömrük və Sərhəd İdarəsinə yalan söylədiyinə görə saxlanılıb.

Ötən ay Boston marafonunda törədilən terror aktı zamanı partlayşlarda təzyiq qazanlarından istifadə olunmuşdu. Həmin partlayış 3 adamın həyatına son qoymuş, 250-dən çox adamı yaralamışdı.

Rəsmilərin dediyinə görə əl-Kvavahir ilk öncə təzyiq qazanını Ohayo ştatındakı universitetdə təhsil alan bacısı oğlu üçün gətirdiyini söyləmiş, amma sonradan hekayəsini dəyişmişdir. Bundan sonra rəsmilər onu saxta ifadə verdiyinə görə həbs ediblər.

Səudiyyəli şəxs Detroyta Amsterdam şəhərindən gəlib. Hüquqları ona oxunduqdan sonra səudiyyəli sükut saxlamağı seçib.
XS
SM
MD
LG