Accessibility links

Nasir Türksoy: İranın təhlükəsizlik qurumları Azərbaycanda qaçqınları təqib edir [Audio]


Nasir Türksoy
Nasir Türksoy
Azərbaycanlı insan haqları qruplarına istinadən, son iki onillikdə İran Azərbaycanında milli-mədəni hüquqlar uğrunda mübarizənin genişlənməsi ilə bərabər həbs, işgəncə və fiziki təhlükə üzündən öz doğma şəhərlərini tərk edib, qonşu ölkələrdə qaçqın həyatı yaşayanların sayı kəskin artıb. On ildir Azərbaycan Respublikası və Türkiyədə qaçqın həyatı yaşayan Nasir Türksoy, bu müddətdə üzləşdiyi çətinliklər və umumiyyətlə mühacir həyatı ilə bağlı Amerikanın Səsinə müsahibə verib.

Nasir Türksoy qaçqın təcrübəsindən danışır
please wait

No media source currently available

0:00 0:15:15 0:00

1999-cu ildə Dünya Azərbaycanlılar Konqresinin (DAK) ikinci qurultayına qatılmaq üçün Amerikaya səfər edən Nasir Türksoy Təbrizə qayıdandan sonra İranın təhlükəsizlik orqanlarının təqib və təzyiqlərinə məruz qalıb.

Məni təhlükəsizlik qurumları ilə işbirliyi qurmağa məcbur etmək istəyirdilər. Sonunda, təhdidlər üzündən 2003-cü ilin yanvarında Təbrizi tərk edib Bakıya getdim. Bakıdakı Birləşmiş Millətlər Təşkilatına müraciət edib sığınacaq haqqı tələb etdim, ancaq tələbim rədd edildi.
“Məni təhlükəsizlik qurumları ilə işbirliyi qurmağa məcbur etmək istəyirdilər. Sonunda, təhdidlər üzündən 2003-cü ilin yanvarında Təbrizi tərk edib Bakıya getdim. Bakıdakı Birləşmiş Millətlər Təşkilatına müraciət edib sığınacaq haqqı tələb etdim, ancaq tələbim rədd edildi,” deyə Təbrizli siyasi fəal bildirib.

/>Sonralar xəstə oğlu və həyat yoldaşı ilə birlikdə Türkiyəyə mühacirət edən cənab Türksoy Bakıda yaşadığı müddətdə üzləşdiyi çətinlikləri Amerikanın Səsinə təsvir edib. Onun dediklərinə görə, Azərbaycan Respublikasının paytaxtında muxtəlif adlar altında fəaliyyət göstərən İran İslam Respublikasının bir çox qurumları əslində İranın təhlükəsizlik orqanlarına işləyirlər. O, bu yönümdə İmam Xomeyni İmdad Komitəsi, Hilal Əhmər (İranın qızılay cəmiyyəti) və Əl-Huda Nəşriyyatı kimi qurumlar, habelə Bakıda İranın Mədəniyyət attaşesinin adlarını qeyd edib.

Computer Hope Nasir Soytürkün dediklərinə istinadən, İranın təhlükəsizlik orqanları həm Azərbaycan Respublikası həm də Türkiyədə siyasi mühacirlər haqda yalan məlumat yaymaq, onlara sığınacaq tələbləri ilə bağlı problem törətmək və qaçqınalar arasında etimadsızlıq yaratmaq kimi yollarla milli fəallara qarşı fəaliyyət aparırlar. Onun fikrincə Ettelaat əməkdaşları Azərbaycan Respublikasında daha geniş və güclü şəkildə fəaliyyət göstərə bilirlər.

Təbrizli fəalın sözlərinə görə, güneyli təşkilatlara maddi yardım göstərmək, habelə İran təhlükəsizlik orqanlarının azərbaycanlı mühacirlərə qarşı apardığı fəaliyyətləri ifşa etməklə qaçqınlara kömək edə bilərlər.
XS
SM
MD
LG