Accessibility links

Aleksey Navalnıy 6 il müddətinə azadlıqdan məhrum edilə bilər


Rusiya prokuroru Sergey Boqdanov müxalifət lideri Aleksey Navalnının dövlət əmlakının mənimsənilməsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rusiya prezidenti Vladimir Putin əleyhinə nümayişlərin təşkilatçısı Navalnıy həm də 30 min dollar məbləğində cərimə ödəməlidir.

Müxalifət lideri 2009-ci ildə qubernator işlədiyi müddətdə dövlətin 500 min dəyərli meşə materialları oğurluğunda ittiham edilir.

Hökuməti korrupsiyaya görə günahlandıran Navalnıy ittihamların qisas mahiyyəti daşıdığını deyir.
XS
SM
MD
LG