Accessibility links

Urmiyədə həbsdə olan altı milli fəal müvəqqəti azadlığa buraxılıb



İyunun 27-də Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü tədbiri ilə bağlı Urmiyədə İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınan Urmiyə Universitetinin müəllimi Süməyyə Əlidusti, blogger Vəhid Faizpur, habelə mədəni fəallar Qulam Quluzadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtəza Zərrin altı gün Ettelaat həbsxanasında sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıdılar,”-deyə İnsan haqları qrupları bildirib.

Oyan News veb səhifəsi bu altı fəalın Urmiyə İnqilab Məhkəməsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat” və “Ettelaat məmurları ilə əlbəyaxa olmaq” ittihamları ilə günahlandırıldığını qeyd edib.

İranda İnsan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA xəbər agentliyinin yazdığına görə, iyunun 27-də Urmiyədə həbs edilən fəallar tutulduqları zaman Ettelaat məmurları tərəfindən döyülmuşdülər.

Bu altı fəal 30 digər mədəni fəalla bərabər ötən həftə “Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü”nü qeyd etmək məqsədi ilə Urmiyə şəhərindən Şərqi Azərbaycan vilayətinə getdikləri zaman Urmiyə gölü üzərindəki körpünü keçərkən həbs edilmişdilər. 30 mədəni fəal saxlandıqdan bir neçə saat sonra buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG