Accessibility links

Ələvi gənc dəfn edildi


Ələvi əhli-haqq təriqətinə mənsub olan gənc qəzvinli türk Tehranda İran Parlamenti binasının yaxınlığında özünü yandırdıqdan iki gün sonra iyulun 29-da Qəzvin vilayətinin Takistan şəhərindəki doğma kəndində torpağa tapşırılıb.

İnsan haqları müdafiəçiləri Məhəmməd Qəmbərinin İran İslam Respublikası tərəfindən ələvi əhli-haqq azlığına qarşı tətbiq edilən basqı və ayr-seçkiliyə etiraz olaraq özünə od vurduqdan sonra Tehranın Mütəhhəri xəstəxanasına aparıldığını bildirir. İranın İsna və İlna xəbər agenlikləri də bu barədə xəbər yayıblar.

Məhəmməd Qəmbərinin dəfn mərasiminin təhlükəsizlik qurumları nəzarətində keçirildiyini qeyd edən HRA xəbər agentliyinin yazdığına görə, son iki ay ərzində cəmiyyətlərinin məruz qaldığı təzyiqlərə etirazlarını nümayiş etdirmək üçün üç ələvi özünü yandırıb.

Özlərini yandıraraq intihar edən digər iki ələvinin adı Həsən Rəzəvi və Nikmərd Tahiridir. Onlar ötən iyun ayının ilk həftəsində türklərin sıx yaşadığı Həmədan şəhərinin qubernatorluq binası önündə ğzlərini yandırıblar.

Beynəlxalq insan haqları qruplarının yaydığı bəyanatlara görə, İranda adətən türk, kürd və lək etnik qruplarına mənsub olan əhli-haqq azlıq cəmiyyətləri sistematik şəkildə təzyiqlər və ayrı-seçkiliyə məruz qalır.
İ
ran Azərbaycanında
həmçinin “qızılbaş əhli-haqq”, “Goran” və “Əliallahı” adı ilə tanınan ələvilərin bir çoxu özlərini hökümət, eləcə də əhali arasındakı fundamentalist qrupların təhdidlərindən qorumaq üçün “təqiiyə” edərək inanclarını gizlədirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG