Accessibility links

Azərbaycanda ilk onlayn diffamasiya hökmü pislənilir


“Mikayıl Talıbovun onlayn diffamasiyaya görə məhkum edilməsi Azərbaycanda ilk belə haldır,” Amnesty International-ın açıqladığı bəyanatda deyilir. Qurum hesab edir ki, 2013-cü il, 14 mayda Milli Məclisin kriminal diffamasiyanı internetdə yazılan ifadələrə şamil etməsi bu növ mühakiməyə yol açıb və prezident seçkiləri ərəfəsində ictimai fikir ayrılıqlarını susdurmaq mahiyyəti daşıyır.

Mikayıl Talıbov
Mikayıl Talıbov
Avqustun 14-də, Astara Rayon Məhkəməsi Mikayıl Talıbovu Cinayət Məcəlləsinin 147.1 maddəsi üzrə təqsirli bilərək, aylıq qazancının 20%-ni dövlətə almaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edib. Cəza cənab Talıbovun Facebook-da yazdığı ifadələr əsasında müəyyən edilib. 2013-cü il, 26 marta açdığı Facebook səhifəsində o, əvvəllər işçisi olduğu “AccessBank”ı “Haqsızbank” adlandırıb.

Bank rəhbərliyi məhkəmədən Mikayıl Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb edib. “Facebook”da yazılmış ifadələr araşdırıldıqdan sonra məhkəmə bu qənaətə gəlib ki, cənab Talıbovun "Accessbank" haqda yazdıqları böhtan xarakterlidir. Səhifədə “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank” siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələr yer alıb.

Onlayn diffamasiyanı prezident İlham Əliyev qanuna imzalayıb
Onlayn diffamasiyanı prezident İlham Əliyev qanuna imzalayıb
Yeni qanunun prezident İlham Əliyev tərəfindən 3 iyunda qanuna imzalandığını bildirən Amnesty International hazırkı qanunun Azərbaycanın diffamasiyanı dekriminallaşdırmaq barədə öhdəliklərinə zidd olduğunu bəyan edir. İnsan haqlarını müdafiə edən qurum hesab edir ki, son məhkəmə qərarı “2013-cü il, 9 oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycanda söz azadlığının bir qədər də boğulmasına xidmət edir.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG