Accessibility links

Əmir Mərdani: Mediamız güclü deyil [Audio]


Əmir Mərdani
Əmir Mərdani
Güneyli fəal, sabiq siyasi məhbus və Güney Azərbaycan Öyrənci Hərəkatı (AZOH) veb səhifəsinin redaktoru Əmir Mərdani Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı ilə bağlı xəbər yaymağın çətinlikləri, xəbər sahəsində fəaliyyət göstərən milli fəalların üzləşdiyi basqılar və hazırda Azərbaycan veb səhifələrinin xəbər yayımı sarıdan çatışmazlıqları haqda danışıb.

Əmir Mərdani: Güney hərəkatı barədə dürüst xəbər yaymaq çox mühümdür
please wait

No media source currently available

0:00 0:16:15 0:00
Direct link

Əmir Mərdaninin sözlərinə görə, Güney Azərbaycanda baş verən hadisələrlə bağlı xəbər yayan bir çox milli fəal fəaliyyətləri üzündən təqib, həbs və digər təzyiqlərə məruz qalırlar. O, bu xüsusda özü və AZOH adına fəaliyyət göstərən digər dostlarının başına gələnlərə işarə edib.

Cənab Mərdani deyir ki, İran kimi totalitar cəmiyyətlərdə media sahəsində çalışan mədəni fəallar ciddi basqılarla üzləşir. “2006-cı ilin may ayında baş verən kütləvi etirazlarda Sulduz, Urmiyə, Təbriz və Xiyav şəhərlərində bir çox milli fəallımız şəhid oldu. Ancaq bizim güclü mediamız olmadığı üçün o xəbərləri düzgün şəkildə yaya bilmədik. İranlı qrupların mediası bizim xəbərləri yaymaq yerinə boykot etməyə çalışdı və bunu qismən bacardı.”

2006-cı ilin may ayında baş verən kütləvi etirazlarda Sulduz, Urmiyə, Təbriz və Xiyav şəhərlərində bir çox milli fəallımız şəhid oldu. Ancaq bizim güclü mediamız olmadığı üçün o xəbərləri düzgün şəkildə yaya bilmədik.
Əmir Mərdani
Hazırda İsveçdə yaşayan fəal həmçinin Azərbaycan veb səhifələri ilə bağlı bəzi çatışmazlıqlar haqqında fikir bəyan edib: “Güney Azərbaycanda media və xəbər yayma fəaliyyəti həm hərəkatın ömrü həm də bu sahədə fəaliyyət göstərənlərin yaş və təcrübəsi baxımından çox gəncdir.”

Cənab Mərdaninin fikrincə, İranda Azərbaycan türkləri, xüsusilər onların siyasi məhbusları ilə bağlı xəbərləri yaymaqda dəqiqlik və doğruluq sürət məsələsindən daha önəmlidir.
XS
SM
MD
LG