Accessibility links

Azadlıq Radiosu: Hakim partiya müstəqil medianı qorxutmaq istəyir


Azadlıq Radiosu hakim Yeni Azərbaycan Partiyasından ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə edən missiyasına şikayət edir.

Səbəb YAP-ın Mərkəzi Seçki Komissiyasına müraciət edərək radionu "seçki təşviqatı aparmaqda" ittiham etməsidir.

Azadlıq Radiosunun məsələ ilə bağlı yaydığı açıqlamada deyilir:

"Bu, hakim partiyanın müstəqil medianı qorxutmağa və seçkilərin işıqlandırılmasını nəzarətdə saxlamağa çalışmaq üçün istifadə etdiyi klassik hədə-qorxu taktikasıdır.

Azadlıq Radiosu seçkilərin işıqlandırılmasında seçki məcəlləsinə əsaslanan və professional, beynəlxalq media standartlarına uyğun fəaliyyət göstərən peşəkar media qurumudur.

Biz seçkini işıqlandırmaq yönündə fəaliyyətimizi tam müdafiə edirik. Bu iş balanslı, ədalətli və peşəkarcasına həyata keçirilir.

Bütün bunlar heç bir əsası olmayan, heç bir beynəlxalq konvensiyaya uyğun gəlməyən absurd ittihamlardır.

Azadliq Radiosu bu hücumlar barədə, seçkilərə yekun qiymət verəcək ATƏT-in Müşahidə Missiyasına məlumat verəcək".

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG