Accessibility links

Prezident Obama yeni səhiyyə qanunu haqda danışdı


ABŞ sığortası olmayan milyonlarla vətəndaşına bu gündən etibarən səhiyyə sığortası təklif etməyə başlayıb.

Çərşənbə günü səhər federal hökumət sığortası olmayanlara sığorta almaqda yardım göstərən internet səhifəsi açıb. Prezident Barak Obama deyib ki, sayta bir miyondan çox adam daxil olub. Onlardan çoxu “xəta” mesajı alıb, amma sonradan problem həll olunub.

Cənab Obama Ağ Evdə yeni qanun haqda çıxış edb. Onun ətrafında keçmişçdə bu növ sığorta ala bilməyən vətəndaşlar dayanıb.

“Səhiyyə sığortası olmayan 15 faiz amerikalı üçün bu həyat dəyişən bir fürsətdir,” deyə prezident bildirib.

Yeni sığorta qanunu prezident Obamanın qanunvericilikdə əldə etdiyi ən böyük nailiyyətlərdən biri sayılır.

Müxalifətdə olan Respublikaçılar bu planın əleyhinə çıxır və onun dövlət sektorunu genişləndirəcəyini deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG