Accessibility links

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gündə 5 milyard mobil telefon danışıqlarını izləyir


Agentlik mümkün terrorizm təhlükələrini araşdırır

The Washington Post qəzetinin yazdığına görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gündə 5 milyard mobil telefon danışıqlarını izləməklə, mümkün terrorizm təhlükələrini araşdırır.

Agentliyin adını açıqlamadığı rəsmisinə istinad edən qəzet bu sənədlərin sabiq kontraktor Edvard Snouden tərəfindən ictimaiyyətə açıqlandığını yazır.

Hazırda Rusiyada sığınacaq tapan Snouden ABŞ tərəfindən casusluqda ittiham edilir.

MTA-nin rəsmisi deyib ki, hökumət dünyanın mobil şəbəkələri ilə əlaqəsi olanların söhbətlərini izləyir. O, amerikalıların qəsdən izlənmədiyini, xaricə səfər edən on milyonlarla amerikalının söhbətlərinin “yeri gəlmişkən” dinlənildiyini bildirib.

Mobil telefonlar işlənməsə belə harada olduqları asanlıqla müəyyən edilir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG