Accessibility links

Məhbub Əmrahi: Milli Hökümət Azərbaycanın milli kimliyini ortaya çıxardı [Audio & Video]


Məhbub Əmrahi
Məhbub Əmrahi
Məhbub Əmrahi hesab edir ki, təxminən 70 il öncə güneydə Azərbaycan hökümətinin qurulması ilə meydana çıxan siyasi mühit milli-mədəni hüquqlar uğrunda mübarizənin formalaşmasında böyük rol oynayıb. Ankarada təhsil alan güneyli yazar və siyasi fəal Amerikanın Səsinə müsahibədə 1945-46 illərdə qurulan Azərbaycan Milli Hökümətinin yıxılması nəticəsində İran Azərbaycanında yaranan şərait, habelə milli hökümət və onun təsisçilərinin bugünki nəsillərə buraxdığı miras haqda fikirlərini paylaşıb.

Məhbub Əmrahi Milli Hökumət haqda danışır
please wait

No media source currently available

0:00 0:14:31 0:00

“Azərbaycan Milli Höküməti Azərbaycan milli kimliyini ortaya çıxardı və onun İran kimliyinin bir parçası olmadığını göstərdi,” deyən Məhbub Əmrahi milli hökümətin bugün İran Azərbaycanında cərəyan edən hərəkatda mövcüd olan millət, vətən anlayışının formalaşmasında ciddi rol oynadığına inanır.

Qadınların səsvermə hüququnun təmin edilməsi və torpaq islahatı kimi islahatlar İranda ilk dəfə Azərbaycan Milli Höküməti tərəfindən həyata keçirilmişdi. Tehran höküməti isə sonralar eyni islahatı qəbul etməyə məcbur oldu.
O, həmçinin İran daxilində həyata keçirilən bir çox ictimai-siyasi islahatların Azərbaycan Milli Hökümətinin gerçəkləşdirdiyi islahatlarla əlaqəli olduğunu vurğulayır:

“Qadınların səsvermə hüququnun təmin edilməsi və torpaq islahatı kimi islahatlar İranda ilk dəfə Azərbaycan Milli Höküməti tərəfindən həyata keçirilmişdi. Tehran höküməti isə sonralar eyni islahatı qəbul etməyə məcbur oldu.”

Məhbub Əmrahi deyir ki, milli hökümət yıxıldıqdan sonra Güney Azərbaycanın öz siyasi gücünü itirməsi ilə yanaşı, mərkəzi hakimiyyətdə olan etnik türklərin də sayı azalmağa başladı.

Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu
Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu
“İran ordusunun hücumu və Tehranın tətbiq edilən basqılar nəticəsində Güney Azərbaycan aydın təbəqəsi yox edildi... Azərbaycan siyasi fiqurlarının bir çoxu quzeyə qaçmağa məcbur oldular. Basqı və susdurma siyasəti nəticəsində uzun bir səssizlik dövrü başladı,” deyə güneyli fəal əlavə edir.

Cənab Əmrahinin fikrincə, Azərbaycan hökümətinin qurulması ilə yaranan siyasi zəmin bugün bölgədə mövcüd olan kürd siyasi hərəkatının formalaşmasında rol oynayıb.

Onun dediklərinə görə, Güney Azərbaycanda yaşayan kürdlər tərəfindən və Azərbaycan Milli Milli Hökümətinin nəzdində Qazi Məhəmmədin sədrliyi ilə təşkil olan Mahabad Höküməti yıxıldıqdan sonra onun təsisçilərinin siyasi təfəkkürü yox edilmədi və kürdlərin bugünki siyasi hərəkatı həmin istiqamətdə davam edir.

Məhbub Əmrahi həmçinin Azərbaycan Milli Hökümətinin sədri Mir Cəfər Pişəvərinin siyasi dünyagörüşü ilə bağlı müşahidələrini Amerikanın Səsi ilə paylaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG