Accessibility links

Polis Ukrayna müxalifət partiyasının qərargahına reyd keçirib


Ukrayna polisi müxalifət lideri Yuliya Timoşenkonun mənsub olduğu partiyanın qərargahına hücum edib. Eyni zamanda polis şəhərin mərkəzi meydanında qurulmuş barrikadaları sökməyə başlayıb.

Müxalifət sözçüsü bildirir ki, polis Vətən Partiyasının mərkəzi qərargahına bazar ertəsi axşam daxil olub. Onlar qapıları qırdıqdan sonra binaya girmiş və kompüterləri müsadirə etmişlər. Kiyev polisi bu ittihamları rədd edir.

Bu arada yüzlərlə iğtişaş polisi paytaxt boyu küçələrdə, o cümlədən şəhərin Müstəqillik Meydanında mövqe alıblar.

Nümayişçilər meydanı tərk etmək haqda məhkəmə qərarı ilə üzləşirlər. Əks halda onların meydandan zorla cıxarılacağı gözlənilir. Hələlik toqquşma qeydə alınmayıb.

Ukrayna müxalifət lideri Vitali Klitçko polisi qüvvədən istifadə etməmyə çağırıb. O, situasiyanı “gərgin və dəyişkən” adlandırıb.
XS
SM
MD
LG